Belediyye.infoya daxil olan məlumata görə, Bakı şəhər icra Hakimiyyətinin başçısı Eldar əzizov Yaşıllaşdırma Təsərrüfatı Birliyinin direktoru Həsrət əmrahovu vəzifəsindən azad edib.
Həsrət əmrahovun öz istəyi ilə işdən azad edildiyi deyilir. Eldar əzizov onun yerinə birliyin direktor müavini işləyən Mirdamət Seyidovu təyin edib.
***
Bir həftə ərzində həm Ekologiya və Təbii sərvətlər nazirinin müavini Firdövsi əliyevin, indisə Yaşıllaşdırma Təsərrüfatı Birliyinin direktoru Həsrət əmrahovun vəzifələrindən azad edilməsi, düşününrəm ki, təsadüfü deyil.
Etiraf edək ki, paytaxtda yaşıllıqların qorunmasında, mühafizəsində, xidmətin göstərilməsində, habelə qurumuş ağacların götürülməsində, digərlərinin budanmasında ciddi narazılıqlar həm də bələdiyyələrdə problem yaratmaqdadır.
Bir ağacın budanması və ya götürülməsiylə bağlı müraciətlərə baxılması və bununla bağlı rəylərin verilməsində süründürməçiliyin olması, budanmasında və ya götürülməsində neqaitv halların baş alıb getməsi sakinlərin haqlı narazılığına səbəb olmuşdu. Məhz müraciətlərin vaxtında icra olunmaması ucbatından küləkli havalarda qurumuş ağacların onlarca avtomobilə ziyan vurması da faktdır.
əlavə edim ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinə ünvanlanan çoxsaylı müraciətlərin vaxtında cavablandırılmaması, eyniməzmunlu məktublara müxtəlif məzmunda cavabların verilməsi vətəndaşlar və bələdiyyə kollektivinin haqlı narazlılğına səbəb olur və olmaqdadır.
Düşünmək olar ki, bu sahədə kadr islahatları davam edəcək və narazılığa səbəb olan digər qurum rəhbərləri də vəzifələriylə vidalaşmağa məcbur ediləcəklər.
Belediyye.info