Ekologiya və Təbii Ehtiyatlar Nazirliyi əhmədli bələdiyyəsini inzibati binasından çıxarmaq istəyindədir.
Bununla bağlı nazirliyin əhmədli Bələdiyyəsinə qarşı iddiası təmin edilib.
Xətai rayon əhmədli Bələdiyyəsinin sədri Pərviz Quliyevin Belediyye.infoya verdiyi məlumata görə, nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyası bələdiyyəyə qarşı inzibati binanın boşaldılması barədə iddia ərizəsi ilə 2 saylı Bakı inzibati iqtisad Məhkəməsinə müraciət edib. Məhkəmə iddianın təmin olunması barədə qətnamə qəbul edib.
Bələdiyyə artıq məhkəmə qərarından Apelyasiya şikayəti verib. Yaxın günlərdə iddiaya baxılacağı gözlənilir.
Sədrin sözlərinə görə, əhmədli bələdiyyəsi hələ 2000-ci ilin yanvarında formalaşarkən rəsmi qaydada o zaman yararsız və istifadəsiz vəziyyətdə olan bina bələdiyyənin istifadəsinə verilib. Qeyd edilməlidir ki, bələdiyyə həmin binada əsaslı təmir işləri apararaq fəaliyyət üçün yararlı vəziyyətə salıb. Bundan əlavə adıçəkilən qurumun yardımçı otaqlarından ikisinidə təmir edərək nazirliyin müvafiq idarəsinə təhvil verib. Sədrin fikrincə binanın yerləşdiyi ərazi nazirliyin balansında olsada bələdiyyəyə verilən otaqlar idarə üçün istifadəsiz olub. Bələdiyyə bu otaqların saxlanmasına hər il kifayət qədər vəait xərcləyir. Bugün əhmədli kəndində boş torpaq sahəsi olmadığından və ərazinin kəndin əlverişli ərazisində olması fəaliyyətimiz üçün əlverişli şərait yaradır.
Sədrin sözlərinə görə, nazirliklə indiyə kimi hər hansı formada problem çıxmasada iddianın indiki məqamda qaldırılmasından təəssüf hissi keçirir.
Belediyye.info