"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Neftçala bələdiyyəsi reklam və əmlak verigisinin həcmini artıra bilib

--2016-08-04 / 15:36

Neftçala bələdiyyəsinin sədri Aydın Aslanovun Belediyye.infoya verdiyi məlumata görə, cari ilin ilk altı ayı ərzində  yerli büdcə daxilolmalarının həcmi 28.653 manat təşkil edib. Bu vəsaitin 7.571 manatı torpaq icarəsindən, 2.844 manatı torpaq vergisindən 7.381 manatı əmlak vergisindən daxil olub.

Dövlət tərəfindən  ayrılan dotasiyanın həcmi 5.000 manat olub. Bununla yanaşı altı ay ərzində reklamlardan 2.200 manat vəsait toplanıb.

Sədrin sözlərinə görə, cari ilin altı ay ərzində reklam  və əmlak vergisinin yığımından dönüş əldə edilib.

Onun sözlərinə görə, əldə olunmuş vəsaitdən şəhərdə aparılan abadlıq və təsərrüfat işlərinə 2.000 manat, sosal yardımlara 1.320 manat vəsait xərclənib.

Növbəti altı ay ərzində daha çox vəsaitin əldə etmək niyyətində olduqlarını bidirən A.Aslanov əlavə maliyyə vəsaitinin cəlb edilməsi üçün yollar aradıqlarını da dilə gətirib.

Belediyye.info

ŞƏRHLƏR