"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Neftçala bələdiyyəsi söz verdi

--2015-12-09 / 22:15

şəhərin abadlığında yaxından iştirak edəcək

 Neftçala bələdiyyəsinin  sədri Aydın Aslanovun  Belediyye.infoya verdiyi məlumata görə, bələdiyyə üzvlərindən ibarət 4 daimi komissiya yaradılıb:

1.Ekoloji məsələlər üzrə daimi komissiyası,

2.Büdcə məsələləri üzrə daimi komissiyası,

3.iqtisadi inkişaf məsələləri üzrə daimi komissiyası,

4.Sosial inkişaf məsələlri üzrə daimi komissiyası.

Ötən dövr ərzində Neftçala bələdiyyəsinə seçicilərdən 150-yə yaxın müraciətlər daxil olmuş, onun 142-si müsbət həllini tapmışdır. Daxil olmuş rəsmi müraciətlər xüsusi qeydiyyat kitablarında qeydə alınaraq aidiyyatı üzrə daimi komissiyalarda müzakirə edildikdən sonra təsdiq olunmuşdur.

Sədrlə söhbət zamanı maraqlı bir məqama da toxunub:

“Bələdiyyənin gördüyü bütün işlər barədə məsələlər əvvəlcə müvafiq daimi komissiyalarda müzakirə edilərək qərar qəbul edilmiş və komissiyada qəbul edilmiş qərarlar bələdiyyənin ümumi iclasında müzakirə edildikdən sonra işlər icra olunmuşdur.

Belə ki, sosial inkişaf məsələləri daimi komissiyasında 8 protokoluna əsasən yolların təmiri, su  arxlarının lildən təmizlənməsi və müvafiq yardımlarla bağlı məsələlər, iqtisadi inkişaf məsələləri daimi komissiyasında 7 protokoluna əsasən torpaqla bağlı məsələlər, büdcə məsələləri daimi komissiyasında 7 protokoluna əsasən vəsaitin ayrılması ilə bağlı məsələlər, ekologiya məsələləri daimi komissiyasında 2 məsələ bələdiyyənin Neftçala şəhərində əhali tərəfindən məişət tullantıları və heyvan zığının şəhərlərarası drenajlara atılaraq anti-sanitar vəziyyətin aradan qaldırılması istiqamətində məsələlərlə bağlı olmuşdur.”

şəhərin abadlıq quruculuq işlərində yaxından iştirak edən Neftçala bələdiyyəsi şəhərinin 5-ci məhəlləsinin yollarının təmirə ehtiyacı olduğu üçün 2388 manat vəsait xərcləmişdir.

Bankə qəsəbəsində daxili yolların və avtobus dayanacağının cari təmiri üçün 965 manat vəsait xərcləmişdir.

Aramsız yağan yağışların nəticəsində şəhərarası yollar bərbad vəziyyətə düşmüşdür. şəhər sakinləri həmin yollardan çox çətinliklə gedib gəlirdilər.

Neftçala bələdiyyəsi həmin yolların cari təmiri üçün 2000 manatl vəsait xərcləmişdir.

2-ci Mayak kəndinə gedən əsas yol tamamilə bağlanmışdır, bu kəndə heç bir nəqliyyat vasitəsi daxil ola bilmirdi. vətəndaşlar kəndən çıxıb heç yerə gedə bilmirdilər. Neftçala bələdiyyəsi həmin yolun cari təmiri üçün 4000 manat vəsait xərcləmişdir və həmin yolun davamlı təmiri üçün xeyli işlər görülür. Bundan sonra da bu yolun saxlanılmasına Neftçala bələdiyyəsi öz nəzarətində saxlayacaqdır. şəhərin M.əsədov küçəsi ünvanında yerləşən çoxmənzilli binanın qarşısında sakinlərin xahişini nəzərə alaraq xeyir-şər mərasimlərinin keçirilməsi üçün müasir tipli köşk tikilin istifadəyə verilmişdir.

 Bundan əlavə Neftçala bələdiyyəsi şəhid ailələri, kimsəsizlər və aztəminatlı ailələrə ümumilikdə 19 nəfər olmaqla 1932 manat yardım etmişdir.

 Bələdiyyə sədri söhbətin sonunda qeyd etdi ki, Neftçala bələdiyyəsi şəhərin abadlaşması barəsində öz layihələri ilə  mütəmadi olaraq təkliflər verir və bələdiyyəmiz  bundan sonrada imkanları daxilində şəhərin abadlığı naminə əlindən gələnləri əsirgəməyəcəkdir.

Belediyye.info

     

ŞƏRHLƏR