"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Neftçala bələdiyyəsində sədr dəyişikliyi baş verib

--2018-06-06 / 16:01

Belediyye.infoya daxil olan məlumata görə, bu günlərdə Neftçala bələdiyyəsinin növbədənkənar iclası keçirilib.

iclasda sədr Aydın Aslanovun vəzifəsindən uzaqlaşdırlıması müzakirə edilib.

Müzakirələrdən sonra müvəqqəti olaraq sədr səlahiyyətlərinin icrası bələdiyyə üzvü Rövşən Quliyevə həvalə edilib.

Qeyd edək ki, keçmiş sədr 2014-cü ilç bələdiyyə seçkilərində bələdiyyə üzvü və 2015-ci ilin yanvarından isə bələdiyyə sədri seçilmişdir.

Qarabağ müharibəsinin veteranı olan A.Aslanov fəaliyyətiylə seçilən bələdiyyə sədrlərindən idi.

Bəzi media orqanlarında bu qəfləti sədr seçkisi icra başçısı ilə bələdiyyə sədrinin qarşıdurmasının yekun nəticəsi kimi qələmə verilmişdir.

Sədr səlahiyyətlərini icraedən Rövşən Quliyev isə bələdiyyələrin birləşdirilməsindən əvvəl Kürkənd kənd bələdiyyəsinin sədri olub.

Belediyye.info

ŞƏRHLƏR