Neftçala bələdiyyəsinin dəstəyi ilə şəhərdə dərzi işləyən Ağaverdiyeva Ülviyyə Namiq qızı və həmkarı Həsənova Zemfira ismayil qızı ilə birlikdə vətəndaşların koronavirusa yoluxmamağı üçün hazırladıqları onlarca maskanı ehtiyacı onalara paylayıblar. Bu barədə məlumat Neftçala bələdiyyəsindən daxil olub.
Bələdiyyədən daxil olan məlumata görə, bu işlər mütəmadi olaraq davam etdiriləcək.
Maska paylanılan sakinlərə koronovirusla mübarizə ilə bağlı maarifləndirici söhbətlər aparılmışdır. Hər sakinə xüsusi rejimli karantinlə bağlı izahat işləri aparılmış, evdə olmalarının səbəbi izah edilmişdir. Habelə vətəndaşlarla görüş zamanı koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə məqsədilə həyata keçirilən qabaqlayıcı tədbirlər haqqında məlumat verilib, əhalinin sağlamlığının qorunması üçün bu tədbirlərin əhəmiyyəti və karantin rejiminin tələblərinə ciddi riayət edilməsinin zəruriliyi vurğulanıb.
Belediyye.info