"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Nərimanov bələdiyyəsi 11 aztəminatlı ailəni himayəyə götürüb

--2015-08-05 / 16:52

 Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev yerli özünüidarəetmə orqannın altıaylıq fəaliyyətiylə bağlı seçicilərinə hesabat verib. “Bələdiyyə həyatı” qəzetinə təqdim edilən hesabatın ən önəmli məqamlarını oxucuların diqqətinə çatdırırıq.

 ***

 23 dekabr 2014-cü il tarixdə keçirilmiş Bələdiyyə seçkilərindən sonra yeni  seçilmiş 19 nəfər bələdiyyə üzvü 30 yanvar 2015-ci il tarixdən öz səlahiyyətlərinin icrasına başladı. Qeyd edək ki, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununа   əsasən yeni seçilən 19 bələdiyyə üzvündən 5-i vəzifələrini daimi əsaslarla icra edir. Bələdiyyə üzvlərinin səlahiyyətləri təsdiq olunduqdan sonra daimi komissiya üzvləri öz aralarında komissiya sədrlərini seçdilər. Hazırda bələdiyyədə beş komissiya fəaliyyət göstərir:

1.Yerli sosial məsələləri və gənclərlə iş daimi komissiyası

2.Yerli iqtisadi inkişaf məsələləri daimi komissiyası

3.Yerli büdcə məsələləri daimi komissiyası

4.Yerli ekologiya məsələləri daimi komissiyası

5.Hüquq məsələləri daimi komissiyası

Fəaliyyətə başlayarkən atılan ilk addım 2015-ci il üçün büdcə və ştat cədvəlinin təsdiq edilməsi oldu. Büdcənin sosial yönümlü olmasını nəzərə alaraq büdcə planında sosial və iqtisadi inkişaf məsələlərinin həlli üçün maliyyə imkanları nəzərdə alındı.

Xatırladaq ki, Nərimanov Bələdiyyəsinin büdcəsinin əsas gəlirləri əmlak və torpaq vergisindən, bələdiyyə əmlakının icarəyə verilməsindən, mehmanxana  rüsumu, gecə və son dayanacaqlarından yığılan vergilərdən və sairdən maliyyə istiqamətlərindən formalaşır.

Büdcəyə daxil olmuş vəsait hesabına bələdiyyə ərazisində yaşayan, sosial  cəhətdən ehtiyacı olan 13 ailəyə birdəfəliк maddi yardım edilməklə, bələdiyyə tərəfindən 11 ailə himayəyə götürülüb.

 ***

Bundan əlavə ötən altı ay ərzində  bələdiyyənin inzibati binasında 20 yanvar- Ümumxalq hüzn günü və Xocalı faciəsi  ilə əlaqədar anım tədbiri keçirildi.

Xalqımızın milli bayramı olan Novruz bayramı yüksək səviyyədə qeyd edildi. Tədbirə  rayon ərazisində yerləşən cəmiyyətlər, kimsəsiz qocalar, aztəminatlı və şəhid ailələri  dəvət edilmişdi. Bu tədbirlərdə 200 ailəyə bayram payları paylanmışdı.

Nərimanov Bələdiyyəsi rayon ərazisində iməcliklər keçirərək yaşıllaşdırma işlərini davam etdirir, yeni tinglər əkir. Habelə yol boyunca əkilmiş ağacların dibləri bellənmiş, təmizlənmiş, suvarılmış və əhənglə ağardılmışdır.

May ayında bələdiyyənin təşəbbüsü ilə ən maraqlı görüşlərdən biri baş tutdu.

May ayında Nərimanov Bələdiyyəsinin inzibati binasında rayon sakinləri ilə görüş keçirildi. Tədbirdə məhəllə komitələrinin fəaliyyəti barədə qısa məlumat verməklə, məhəllə komitələrinin yaradılmasını təklif edildi. Tədbirdə ciddi müzkirəlrdən sonra Nərimanov Bələdiyyəsinin ərazisində daha  səkkiz yerdə məhəllə komitələrinin yaradılması təklif edildi.

 ***

"Uşaqlar cəmiyyətimizin sabahıdır", onların qayğısız böyüməsi, yüksək standartlara cavab verən təlim-tərbiyə və tibbi xidmətlərlə təmin edilməsi, əlverişli  sosial mühitdə fiziki və mənəvi baxımdan sağlam yetişməsi bələdiyyəmizin əsas məqsədidir. Hər il olduğu kimi bu il də 1 iyun "Uşaqların Beynəlxalq Müdafiə Günü" münasibəti ilə  rayon ərazisində yerləşən 49 â„– li körpələr evi-uşaq və 89 â„–-li sanator tipli uşaq  bağçalarında bayram şənliyi təşkil edilmiş,  şirniyyat stolları açılmış, musiqili-əyləncəli proqramlar təşkil olunmuş və uşaqlara  hədiyyələr təqdim edilmişdir.

 

***

Nərimanov Bələdiyyəsi rayon ərazisində abadlıq işlərini davam etdirir. Növbəti abadlıq işləri  N.Hacıyev  küçəsi 13 və F.Yusifov küçəsi 28 saylı binaların həyətində  asfalt örtüyü təzələnmiş və sakinlərin rahat gediş-gəlişi təmin edilmişdir.  

***

 2015-ci ilin II rübündə bələdiyyəyə daxil olmuş 368 ərizə və məktublara vaxtlı-vaxtında baxılmış və cavablandırılmışdır.

***

Nərimanov Bələdiyyəsi gördüyü işlərlə kifayətlənmir, rayonun daha da gözəlləşməsi, abadlaşması və sakinlərin xoş rifahı üçün  daha dinamik, daha mütəşəkkil işləməyi  öz öhdəsinə  götürərək onun icrasını layiqincə həyata keçirir.

 "Bələdiyyə həyatı" qəzeti

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ŞƏRHLƏR