"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Nərimanov bələdiyyəsi abadlıq işlərini davam etdirir

--2016-05-18 / 19:58

Nərimanov Bələdiyyəsi rayon ərazisində abadlıq işlərini davam etdirir. Bu baərdə məlumat Nərimanov bələdiyyəsindən daxil olub.

Bələdiyyənin yaydığı məlumata görə, rayon sakinlərinin çoxsaylı müraciətləri əsasında növbəti abadlıq işləri ələşfər əlizadə küçəsi 35  və A.Nemətulla küçəsi 47  ünvanlarında  aparılıb. Bələdiyyə iclasının qərarıyla adı çəkilən ərazilər asfalt örtüyü təmir edilib. Belə ki, ə.əlizadə küçəsi 35 və A.Nemətulla küçəsi 47 ünvanlarında bərbad vəziyyətdə olan  asfalt örtüyü yenisiylə əvəzlənib. əraziyə cəlb edilmiş maşın və texnikanın köməyi ilə yol boyunca asfalt örtüyü yenilənib. Həftə boyu asfalt örtüyü təmir edilərək sakinlərin istifadəsinə verilib.

Belediyye.info

ŞƏRHLƏR