"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Nərimanov bələdiyyəsi abadlıq işlərini davam etdirir

--2017-04-19 / 10:03

Nərimanov bələdiyyəsi rayon ərazisində abadlıq işlərini davam etdirir. Bu barədə Belediyye.infoya məlumat adıçəkilən bələdiyyədən daxil olub.

Bələdiyyə iclasında rayon sakinlərinin müraciətləri müzakirə edilərək ilkin olaraq Malik Məmmədov küçəsində bərbad vəziyyətdə olan  asfalt örtüyünün təmir edilməsi qərara alınıb.

Nərmanov bələdiyəsinin müvafiq strukturun əməkdaşlarının və əraziyə cəlb edilmiş maşın və texnikanın köməyi ilə asfalt örtüyü təzələnib.

Hazırda adıçəkilən küçədə  asfalt örtüyü təmir edilərək sakinlərin istifadəsinə verilib.

Məlumatda  o da bildirilir ki, Nərimanov bələdiyyəsi rayon da aparılan abadlıq işlərinə  bundan sonra da həyat keçirdiyi layihələrlə öz töhvəsini  verəcəkdir.

Belediyye.info

 

ŞƏRHLƏR