sorğu
Nərimanov Bələdiyyəsi may ayının 10-da Ümummilli Lideri Heydər əliyevin anadan olmasının 95 illiyinə həsr edilmiş ağacəkmə aksiyası təşkil edib.
Bu barədə məlumatı Nərimanov bələdiyyəsi yayıb.
Məlumatda qeyd edilir ki, ağacəkmə aksiyası ə.Rəcəbli küçəsi 54,56 və 58 ünvanlarında həyata keçirilib.
Aksiyada yeni ağaclar və dekorativ kollar əkilmiş, yol boyunca əkilmiş ağacların dibləri bellənmiş, təmizlənmiş, suvarılmış taxta dirəklərlə möhkəmləndirilmiş və əhənglə ağardılmışdır.
Belediyye.info
|
|
|
|