"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Nərimanov bələdiyyəsi asfaltlaşdırma işlərini davam etdirir

--2015-11-24 / 21:58

Nərimanov Bələdiyyəsi məhəllədaxili  yolların təmiri, həyətlərin abadlaşdırılması layihəsini davam etdirir. Bu barədə Belediyye.infoya məlumatı bələdiyyə sədri Təmraz Tağıyev  bildirib.

Sədrin sözlərinə görə, Nərimanov Bələdiyyəsi rayon ərazisində abadlıq işlərini davam etdirir. Növbəti abadlıq işləri i.Dadaşov küçəsi 50-də asfalt örtüyünün dəyişməsi olub.

Rayon sakinlərinin çoxsaylı müraciətləri əsasında əsaslı asfalt örtüyü təmir edilib. əraziyə cəlb edilmiş maşın və texnikanın köməyi ilə yol boyunca asfalt örtüyü təzələnib. Asfalt örtüyü təmir edilərək sakinlərin istifadəsinə verilmiş və rahat gediş gəliş təmin edilib.

Belediyye.info

ŞƏRHLƏR