Nərimanov Bələdiyyəsinin inzibati binasında 6 aylıq hesabat toplantısı keçirilib. Nərimanov bələdiyyəsi toplantıda bələdiyyə fəalları, məhəllə komitələrinin, ictimai təşkilatlarının nümayəndələri, rayon sakinləri qarşısında geniş hesabat verib. Bu barədə Belediyye.infoya məlumatı Nərimanov bələdiyyəsindən daxil olub.
Hesabat yığıncağını bələdiyyə sədri, Yeni Azərabycan Partiyasının Nərimanov təşkilaıtnın sədri Təmraz Tağıyev çıxış edərək bələdiyyənin altıaylıq fəaliyyətinə geniş şəkildə toxunaraq, həyata keçirilən layihələr barəsində yığıncaq iştirakçıların məluamt verib: “Nərimanov Bələdiyyəsi gördüyü işlərlə kifayətlənmir, rayonun daha da gözəlləşməsi, abadlaşması və sakinlərin xoş rifahı üçün daha dinamik, daha mütəşəkkil işləməyi öz öhdəsinə götürür, üzərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirmək üçün lazımi tədbirlər həyata keçirəcəkdir”
Toplantıda çıxış edənlər “Xeyir-şər” evlərinin yenidən qurulmasına, məhəllədaxili yolların abadlaşdırılmasına görə Nərimanov rayon icra Hakimiyyətinin rəhbərliyinə və Nərimanov Bələdiyyəsinə sakinlər adından dərin minnətdarlıq bildirilmişdir.
Belediyye.info
|
|
|
|
|
|