"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Nərimanov bələdiyyəsi iməcilik keçirib

--2017-05-10 / 15:53

Nərimanov bələdiyyəsi tərəfindən Ümummilli lideri Heydər əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə iməcilik keçirilib.  Bu barədə məlumatı Nərimanov  bələdiyyəsi yayıb.

Nərimanov bələdiyyəsinin inzibati ərazisində olan əhməd Rəcəbli küçəsi 54 ünvanında yerləşən yaşıllıq zolağında iməcilikdə bələdiyyə sədri Təmraz Tağıyev,  bələdiyyə üzvləri, bələdiyyədə təcrübə  keçən tələbələr, bələdiyyə qulluqçuları,  könüllülər və rayon sakinləri iştirak edib.

Qeyd edilən ərazidə 100-dən çox şam və müxtəlif növ digər ağac və kollar əkilib, küçə boyu ərazidə təmizlik işləri aparılıb.

Belediyye.info

ŞƏRHLƏR