"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Nərimanov bələdiyyəsi məhəllədaxili yolları asfaltlaşdırır

--2015-11-04 / 19:01

Nərimanov Bələdiyyəsi əsas diqqəti məhəllədaxili  yolların təmirinə, həyətlərin abadlaşdırılmasına yönəldib. Bu barədə Belediyye.infoya məlumatı bələdiyyə sədri Təmraz Tağıyev  bildirib.

Sədrin sözlərinə görə, Nərimanov Bələdiyyəsi rayon ərazisində abadlıq işlərini davam etdirir. Növbəti abadlıq işləri Faiq Yusifov küçəsi 40-ın kəsişməsində  və Ak.H.əliyev küçəsi 134 saylı  ünvanda  asfalt örtüyü təmir edilmişdir.

Rayon sakinlərinin çox saylı müraciətləri əsasında Təbriz küçəsi 2A ünvanında   283 kv.metr asfalt örtüyü təmir edilmişdir. əraziyə cəlb edilmiş maşın və texnikanın köməyi ilə yol boyunca asfalt örtüyü təzələnmişdir. Asfalt örtüyü təmir edilərək sakinlərin istifadəsinə verilmiş və rahat gediş gəliş təmin edilib.

 Belediyye.info

ŞƏRHLƏR