"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Nərimanov Bələdiyyəsi məhəllələrdə abadlıq işlərini davam etdirir

--2015-09-21 / 02:39

“Nərimanov Bələdiyyəsi rayon ərazisində abadlıq işlərini davam etdirir. Növbəti abadlıq işləri N.Hacıyev küçəsi 13 saylı binanın həyətində keçirilib.” Bu barədə Belediyye.info saytına  daxil olan məluatda deyilir ki, gövlət tərəfindən verilmiş dotasiya ilə F.Yusifov küçəsi 28 saylı binanın həyətində asfalt örtüyünün təzələnməsinə xərclənib.  

Nərimanov Bələdiyyəsi gördüyü işlərlə kifayətlənmir, rayonun daha da gözəlləşməsi, abadlaşması və sakinlərin xoş rifahı üçün daha dinamik, daha mütəşəkkil işləməyi öz öhdəsinə götürür.

Xatırladaq ki, Nərimanov Bələdiyyəsinin büdcəsinin əsas gəlirləri əmlak və torpaq vergisindən, bələdiyyə əmlakının icarəyə verilməsindən, mehmanxana rüsumu, gecə və son dayanacaqlarından yığılan vergilərdən və sairdən ibarətdir.  Büdcəyə daxil olmuş vəsait hesabına Bələdiyyə ərazisində yaşayan, sosial cəhətdən ehtiyacı olan 13 ailəyə birdəfəliк maddi yardım edilmiş, 11 ailə himayəyə götürülmüşdür.

Belediyye.info

ŞƏRHLƏR