"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Nərimanov bələdiyyəsi sakinlərlə görüşləri davam etdirir

--2016-11-02 / 15:15

Nərimanov bələdiyyəsinin sədri  Təmraz Tağıyevin Belediyye.infoya verdiyi  məlumata görə, bələdiyyə 31 oktybar - 06 noyabr tarixində   Azərbaycanda Yerli Demokratiya Həftəsi” çərçivəsində rayon sakinləriylə görüşləri davam etdirir. Bələdiyyə iclasının qərarıyla təsdiq edilən iş planına görə, görüşlərdə məqsəd sakinləri narahat edən məsələlər dinləmək, qarşılaşdıqları problemlərin həlli istiqamətində addımlar atmaqdır.

“Çox mədəniyyətli cəmiyyətlərdə birgə yaşayış hörmət, dialoq və qarşılıqlı fəaliyyət” adı altında Nərimanov bələdiyyəsi artıq bir sıra tədbirlər həyata keçirib.

Sədrin verdiyi məlumata görə,  "açıq qapı" günlərinin qrafiki müəyyən edilərək məhəllələrə elan vurulmuş, o cümlədən qaynar xətt fəaliyyətdədir.

Hətta vətəndaşların rəy və təkliflərinin toplanması üçün bələdiyyə binasının giriş hissəsində poçt qutusu da quraşdırılıb.

Bələdiyyə tərəfindən təşkil edilən növbəti görüş isə 3 noyabr tarixində əhməd Rəcəbli küçəsində keçiriləcəkdir.

Belediyye.info

ŞƏRHLƏR