Nərimanov Bələdiyyəsi ikinci Dünya Müharibəsinin iştirakçısı, Krımın azad edilməsində xüsusi xidmətləri olmuş təyyarəçi podpolkovnik ivan ivanoviç Timçenkonun 100 illik yubileyi münasibəti ilə onu yaşadığı mənzildə Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev ziyarət edərək ivan Timçenkonu təbrik edib. Bu barədə məlumatı Nərimanov bələdiyyəsi yayıb.
Bələdiyyə sədri Təmraz Tağıyev yubilyarı təbrik edərək qeyd edib ki, Azərbaycan Prezidenti cənab ilham əliyev Böyük Vətən müharibəsi iştirakçılarına daim diqqət və qayğı ilə yanaşır, onların sosial məsələlərinin və problemlərinin həllinə çalışır. Veteranların sosial təminatı yüksək səviyyədə həll olunur, onların yubileyləri qeyd edilir. Bunu əsas tutaraq Nərimanov rayonunda ənənəvi olaraq Müharibə, əmək və Silahlı Qüvvələr Veteranları hər zaman diqqət mərkəzində saxlanılır. Həmçinin, ivan Timçenkonun xidmətləri vurğulandı və ona göstərdiyi şücaətlərə görə rayon rəhbərliyi öz təşəkkürünü bildirdi. Daha sonra bələdiyyə sədri Təmraz Tağıyev tərəfindən yubilyara hədiyyə təqdim olundu.
i. i. Timçenkonun oğlu Aleksandr ivanoviç göstərilən bu diqqətə görə Nərimanov rayon Bələdiyyəsinin rəhbərliyinə minnətdarlığını bildirmiş və söyləmişdir ki, qəlbində xoş və unudulmaz xatirələrlə yuva salmış ümummilli liderimiz Heydər əliyevin Veteranlara göstərdiyi xüsusi diqqət və qayğıdan danışmışdır. Aleksand ivanoviç Azərbaycan Respublikasının Prezidenti ilham əliyevin veteranlara göstərdiyi qayğını daim hiss etdiklərini qeyd etmişdir.
Sonda yubilyar və onun ailəsi ilə xatirə şəkli çəkilmişdir.
Belediyye.info