"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Nərimanov bələdiyyəsində "Açıq Qapı günü" keçirilib

--2017-11-03 / 09:24

“Yerli Demokratiya Həftəsi” çərçivəsində Nərimanov Bələdiyyəsində növbəti açıq qapı günü keçirilib.

“Açıq qapı” günü ilə bağlı Azərbaycan şəhər Bələdiyyələri Assossasiyasının və Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev qəbul keçirib. Bu barədə məlumatı Nərimanov bələdiyyəsi yayıb.

Qəbulda  80 nəfərə yaxın məhəllə komitələrinin sədrləri, Nərimanov rayon ağsaqqalları və rayon sakinləri iştirak edib.

Mütəmadi olaraq keçirilən növbəti qəbul zamanı bələdiyyə sədri Təmraz Tağıyev rayon ağsaqqallarını və sakinləri salamlayaraq Nərimanov rayon Bələdiyyyəsinin gördüyü işləri diqqətə çatdırmış və qarşıda duran layihələr haqda məlumat vermişdir.

Həmçinin T. Tağıyev ölkəmizdə bələdiyyə institutunun daha geniş formalaşması ilə bağlı həyata keçirilən layihələrlə bağlı sakinləri məlumatlandırmışdır. 

Qəbulda iştirak edən məhəllə komitələrinin sədrlərindən Mərcan şahbuzlu, Kamil Ağayev və digərləri öz təkliflərini irəli sürmüşlər.

Sonra sakinlər tərəfindən qaldırılan məsələlər müzakirə edilmiş, həlli istiqamətində aidiyyatı üzrə tapşırıqlar verilmişdir.

Belediyye.info

ŞƏRHLƏR