"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Nərimanov bələdiyyəsində II Qarabağ müharibəsinin qazisi Orxan əsgərovla görüş keçirilib

--2022-09-08 / 19:56

Bu gün Nərimanov bələdiyyəsində II Qarabağ müharibəsinin qazisi Orxan əsgərovla görüş keçirilib. Görüşdə Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev Azərbaycan Prezidenti cənab ilham əliyev tərəfindən şəhid ailələrinə, müharibə veteranlarına və qazilərə yüksək diqqət və qayğı göstərildiyini qeyd edib. Bu gün eyni zamanda qazilərin sağlamlığının qorunması, reabilitasiya kurslarını keçməsi üçün də çox mühüm addımlar atılır. Bu da onların öz sağlamlıqlarını bərpa etməsinə töhfə verir. Prezidentin bu tapşırıq və tövsiyəsindən bələdiyyələr də öz fəaliyyətlərində istifadə edirlər.

Bələdiyyə iclasının qərarıyla qazi Orxan əsgərovun müalicəsiylə bağlı xərclərinə Nərimanov RiH –in tövsiyəsinə uyğun olaraq Nərimanov bələdiyyəsi tərəfindən qarşılanması qərara alınıb.

əlavə edək ki, orduya könüllü yollanan Orxan əsgərov Füzulu Xocavənd və şuşa istiqmətində gedən döyüşlərdə aktiv iştirak edib və noyabrın üçündə şuşa ətrafında gedən döyüşlərdə ağır yaralanıb. Prezidentin sərəncamıyla "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif olunub.

Bununla bağlı bələdiyyədən bildiriblər ki, cənab Prezident ilham əliyevin və Birinici Vitse-Prezident xanım Mehriban əiyevanın tapşırığı ilə Orxan əsgərov bu günədək 23 dəfə əməliyyat olunaraq həyat fəaliyyəti qismən bərpa olunub.

Qeyd edək ki, hazırda qazimizin müalicəsi davam etməkdədir.

Belediyye.info

ŞƏRHLƏR