"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Nərimanov bələdiyyəsində şəhid övladının ad günü qeyd edilib

--2023-02-27 / 16:09

“şəhid əhmədağa  isgəndərov 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə yüksələn igid oğullarımızdandır. Bu gün şəhidimizin qızı Nəsrinin 4 yaşı tamam olur.  Bu münasibətlə Nərimanov bələdiyyəsində tədbir keçirdik. Gül balamızı təbrik edərək birlikdə ad gününü qeyd etdik”- bu fikirləri Belediyye.infoya Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev bildirib.

Tədbirdə Nərimanov bələdiyyəsinin qulluqçuları və qazilər iştirak ediblər.

Hazırda Nərimanov bələdiyyəsində işlə təmin edilən şəhidin həyat yoldaşı Ülviyyə isgəndərova onu ailəsinə göstərilən qayğı və diqqətə görə təşəkkürünü bildirib. 

Belediyye.info

ŞƏRHLƏR