"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Nərimanov bələdiyyəsində şəhid və qazi ailələrinin iştirakıyla qəbul keçirilib

--2022-07-06 / 15:20

Nərimanov bələdiyyəsində ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızın ailə üzvlərinin iştirakıyla növbəti qəbul keçirilib.

Nərimanov RiH təşəbbüsü ilə keçirilən görüşdə Prezident, Ali Baş Komandan ilham əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən söz açan Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev qələbədə payı olan qəhrəman oğullarımızla bu gün hər birimizin qürur duyduğunu bildirib.

Vətən müharibəsində qazanılan şanlı qələbənin Azərbaycan tarixinin ən qürurlu səhifələrini təşkil etdiyini qeyd edən bələdiyyə sədri ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi uğrunda canından və qanından keçən bütün şəhidlərə rəhmət, qazilərə isə şəfa diləyib.

Daha sonra tədbirdə şəhid valideynləri adından şəhid Sinan Məmmədovun nənəsi Solmaz Məmmədova ölkə rəhbərliyi və dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıdan məmnun olduqlarını bildirib, şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində rayon ərazisində görülən işlərə görə Nərimanov RiH-ə və Nərimanov bələdiyyəsinə təşəkkür edib.

Qəbulda iştirak edən şəhid və qazi ailəsinin üzvlərinin hər birinin müraciətləri fərdi şəkildə dinlənilmiş və bələdiyyədən asılı olan məsələlər operativ şəkildə həll edilmişdir.

Belediyye.info

ŞƏRHLƏR