“Nərimanov bələdiyyəsinin qarşılıqlı iddiası üzrə oktyabr ayının 13-ünda keçirilən növbəti məhkəmə baxışında Nərimanov Məhkəməsinin hakimi Gültəkin əsədova iddianı heç bir geniş araşdırma aparmadan və bələdiyyənin təmsilçisinin iştirakı olmadan iddianı təmin etməyib” – bu fikirləri Belediyye.infoya Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev bildirib.
Sədr bildirib ki, Nərimanov bələdiyyəsinin təmsilçisi xəstə olduğundan baxışda iştiak edə bilməməsiylə bağlı məhkəməyə rəsmi teleqram vuraraq məlumat verib. Bununla yanaşı Nərimanov rayon Mənzil- Kommunal Təsərrüfat Birliyinin binasaxlayıcısı olaraq məhkəmə baxışına onun da təmsilçisinin iştirakı təmin edilməsiylə bağlı hakimə müraciət etsə də hakim Gültəkin əsədova bu müraciəti nəzərə almayıb. Nəzərə alaq ki, əmlak Məsələləri Dövlət Xidməti özəlləşdirdiyi bina ilə bağlı həm Nərimanov bələdiyyəsini, həm də bina saxlayıcısını məlumatlandırmalı idi. Bu, ən əsası qanunun tələbi idi. Yəni, binanın tələm-tələsik özəlləşdirən əmlak Məsələləri Dövlət Xidməti ciddi qanun pozuntusuna yol verməsi açıq-aydın görünür. Necə ola bilər ki, yalnız oktyabrın 10-da keçirilən məhkəmə baxışında “Daşınmaz əmlakın Dövlət Reyestr və Kadastr” Publik Hüquqi şəxsin Baki şəhər ərazi idarəsinin təmsilçisi icarə müqaviləsi ləğv olunan daşınmaz əmlakların siyahısını təqdim edəndə məlum olmuşdur ki, birtərəfli qaydada əmlak məsələləri Dövlət Xidməti Nərimanov bələdiyyəsiylə 16.07.2008-cil il imzalanmış 8457 saylı icarə müqaviləsi xidmətin Bakı şəhəri üzrə şöbəsinin 17.09.2021-ci il tarixli aktına əsasən 17.09.2021-ci il tarixdə ləğv edilmişdir.
Bina saxlayıcısı Nərimanov rayon MKTB, Nərimanov bələdiyyəsi və “inteks” MMC arasında üçtərəfli razılaşma əsasında təsdiq edilmiş sxematik ölçülərlə sökülməsi üçün “inteks”MMC təhvil verilmiş və 2021-ci ilin iyun ayında söküntüsü başa çatmış binaya dair başqa şəxslə icarə müqaviləsi bağlanması çoxlu suallar yaratmaqla ortada şübhəli məqamların olmasından xəbər verir.
Sədr daha sonra bildirib ki, 2021-ci ilin iyun ayından söküntüsü başa çatan binaya necə texniki pasport verilməsi, üstəlik xidmətin əməkdaşları hansı əsasda akt bağlaylıb birtərəfli qaydada müqaviləni ləğv etməsi ciddi narahatlıq yaradan və araşdırılması tələb olunan məsələlərdir. Bir də 2021-ci ilin dekabr ayınadək bələdiyyə icarə haqqını ödədiyi halda müqavilə niyə birtərəfli qaydada ləğv edilməli idi.
Təmraz Tağıyev Nərimanov Məhkəməsi hakiminin bu qərarında Apelyasiya şikayəti veriləcəyini və ədalətli qərar verilənədək mübarizəni davam etdirəcəklərini bildirib: “Bir daha qeyd etmək istərdim ki, Nərimanov rayon ictimaiyyəti, şəhid və qazi ailələri, çoxsaylı bələdiyyə qulluqçuları məhkəmə baxışını diqqətlə izləyir və Məhkləmə sisteminin hakimlərindən ədalətli qərar gözləyirlər.
Belediyye.info
P.S. Açıqlamada adıçəkilən qurumların hər birinin fikirlərinə yer ayırmağa hazırıq