YAP Nərimanov rayon təşkilatında 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş dəyirmi masa ətrafında görüş keçirilib. Bu barədə məlumatı YAP-ın Nərimanov təşkılatı yayıb.
Görüşdə YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, Kooperasiya Universitetinin professoru Vilayət əliyev, ərazi ilk partiya təşkilatlarının nümayəndələri və fəal gənclər iştirak etmişlər.
əvvəlcə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Görüşü giriş sözü ilə açan təşkilat sədri Təmraz Tağıyev çıxışında vurğulayıb ki, Mixail Qorbaçov başda olmaqla, SSRi rəhbərliyinin Azərbaycana qarşı qərəzli, ermənipərəst siyasətinə, torpaqlarımıza iddia edən Ermənistanın siyasətinin dəstəklənməsinə, o zamankı respublika rəhbərliyinin xəyanətkar mövqeyinə etiraz olaraq ayağa qalxmış xalqa qarşı sovet ordusunun hərbi birləşmələrinin yeridilməsi Bakıda faciəyə gətirib çıxarmış, böyük itkilərlə, günahsız insanların ölümü ilə nəticələnmişdir: Ölkənin o dövrkü rəhbərlərinin cəsarətsizliyinin əksinə olaraq, həmin vaxt Moskvada yaşayan ümummilli lider Heydər əliyev həyatını təhlükədə qoyaraq oradakı nümayəndəliyimizə gəldi, 20 Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdi. Məhz ulu öndər Heydər əliyevin Azərbaycan rəhbərliyinə yenidən qayıdışından sonra 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi, ağır cinayəti törədənlərin adları ictimaiyyətə çatdırıldı, 20 Yanvar – Ümumxalq Hüzn Günü elan edildi.
20 yanvar hadisəsinin canlı şahidləri olan Kooperasiya Universitetinin professoru Vilayət əliyev və YAP Nərimanov rayon təşkilatının baş məsləhətçisi Nizami Babaşov 20-ci əsrdə Azərbaycanın azadlıq mübarizəsinin tarixi haqda ətraflı məlumat verərək, 20 Yanvar faciəsinin xalqımızın tarixi yaddaşında şanlı səhifələrindən biri olduğunu bildiriblər və 28 il öncə müstəqillik və suverenlik uğrunda mübarizəyə qalxmış xalqımızın başına gətirilən faciədən bəhs ediblər.
Sonra fəal gənclər çıxış edərək 1990-cı ilin 20 yanvar günü Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu, bu tarixin dünyanın hər yerində Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizənin simvolu kimi qeyd edildiyini söylədilər. Həmçinin bildirdilər ki, 20 Yanvar hadisələri Azərbaycan müstəqillik tarixinin başlama nöqtəsi sayılır. Belə ki, bu dövrdən sonra xalqımızda milli mənlik şüuru, müstəqillik ruhu daha da çoxalıb. 20 Yanvar şəhidləri tək ölkəmiz üçün müstəqillik qazanmayıblar, onlar, həmçinin, Azərbaycan xalqı və ən əsası gənclik üçün bir nümunə rolu oynayıblar. Gəncliyimiz bir insanın müstəqillik üçün canından keçməsinin nə dərəcədə şərəfli bir iş olduğunu 20 Yanvar şəhidlərinin timsalında görüb. Burada Ümummilli Lider Heydər əliyevin 1998-ci ildə "20 Yanvar şəhidi" adının təsis edilməsi barəsində Fərmanını xüsusi qeyd etmək lazımdır. Ümummilli lider bir daha göstərdi ki, Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş hər bir insan xalqımız, millətimiz, dövlətimiz üçün ən yüksəklərdədir. Təbiidir ki, bu da Azərbaycan gəncliyində bir stimul formalaşdırır. Gənclərimiz başa düşürlər ki, onların ən əsas məqsədi dövlətçiliyimizin qorunub saxlanması və ərazi bütövlüyümüzün bərpasıdır. Bu yolda hər bir gənc Ali Baş Komandanın əmrlərini gözləyir.
Sonda təşkilat sədri T. Tağıyev gənclərə yüksək vətənpərvərlik ruhunu əks etdirən çıxışlara görə təşəkkürünü bildirdi və Azərbaycanın azadlığı və suverenliyi uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsini hər zaman ehtiramla yad edəcəklərini vurğuladı.
Belediyye.info