Nərimanov Rayon icra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının birgə təşkilatçılığı ilə Respublika Veteranlar Təşkilatının inzibati binasında 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş bayram tədbiri keçirilib. Bi barədə məlumatı TAP-ın Nərimanov təşkilatı yayıb.
Tədbirdə Nərimanov rayon icra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Məclisin deputatları Hikmət Babaoğlu, Adil əliyev, YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, rayonun idarə, müəssisə və təşkilatlarının, rayon ictimaiyyətinin nümayəndələrinin, elm və mədəniyyət xadimlərinin və nəhayət ziyalıların qatıldığı təbirdə çıxış edən millət vəkili Hikmət Məmmədov Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində Ümummilli lider Heydər əliyevin misilsiz xidmətlərindən danışaraq 1993-cü ilin iyun ayında ölkədə böhranın ən acınacaqlı həddə çatdığını və belə bir anda xalqı vətəndaş qarşıdurmasından, səfalətdən, ölkəni parçalanmaq təhlükəsindən xilas etmək gücündə olan yalnız bir dahi şəxsiyyətn - Heydər əliyevin xalqına və dövlətinə sahib çıxdığını xatırladıb.
Sonra çıxış edən millət vəkili Adil əliyev Ümummilli Liderin hakimiyyətə yenidən qayıdışının xalqımıza itirilmiş inamını qaytardığını vurğulayıb, həmin dövrün Azərbaycanın ən şərəfli tarixi kimi yaddaşlarda əbədi olaraq qalacağına, Azərbaycan dövlətçiliyi, azərbaycançılıq fəlsəfəsi yaşadıqca xalqımızın xilaskarı, Ulu Öndərimiz Heydər əliyevin də əsrlər boyu, min illər keçsə belə, Azərbaycan xalqının qəlbində əbədi yaşayacağına əminlik ifadə edib.
Təfəkkür Universitetinin professoru Cümşüd Nuriyev, Təfəkkür Universitetinin TGT sədri Asəf Cabbarlı əsası Ümummilli Lider Heydər əliyev tərəfindən qoyulmuş müdrik siyasətin, respublikamızda bütün sahələri əhatə edən inkişaf dinamikası, beynəlxalq arenada əldə olunan yüksək nailiyyətlərin hazırda Ulu Öndərin siyasi kursunun ən layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab ilham əliyev tərəfindən uğurla davam etdirilərək ölkəmizin sürətlə inkişaf etdiyini, onun iqdisadi gücünün istər regionda, istərsə də bütün dünyada durmadan artdığını qeyd ediblər.
Sonda Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunan gənclərə partiyanın vəsiqələri, eyni zamanda rəmzi olaraq Milli Qurtuluş gününün 24-cü ildönümü ilə əlaqədar Nərimanov rayonunun bu tarixi və əlamətdar bayramla həmyaşıd olan 24 nəfər fəal gəncinə Rayon icra Hakimiyyətinin Fəxri fərman və hədiyyələri təqdim edilib.
Belediyye.info