YAP Nərimanov rayon təşkilatında 18 oktyabr Müstəqillik Günü münasibəti ilə tədbir keçirilib.
Tədbirdə YAP Nərimanov rayon təşkilatının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev, Nərimanov rayon icra başçısının və YAP Nərimanov rayon təşkilatının sədr müavini iradə Mahmudova, YAP Nərimanov rayon Qadınlar şurasının sədri Məhəbbət ibrahimova, təşkilatın sədr müavini Vaqif Novruzov, Gənclər Birliyinin sədri Yusif Babanlı, rayon ictimaiyyəti və fəal gənclər iştirak etdilər.
Tədbiri giriş sözü ilə YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev açaraq o dövrün tarixi-siyasi şəraitinə nəzər salaraq, xalqımızın milli istiqlal uğrunda apardığı mübarizədən danışmışdır. XX əsrdə Azərbaycan xalqı iki dəfə müstəqilliyinə qovuşmuşdur. Təəssüf ki, 1918-1920-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyəti dövründə əldə etdiyimiz müstəqillik xarici hərbi müdaxilə nəticəsində itirilmişdir. Lakin azadlıq ideyası həmişə xalqımızın qəlbində yaşamışdır. Ötən əsrin 80-ci illərin sonu 90-cı illərin əvvəllərində Dağlıq Qarabağ münaqişəsi ilə başlayan milli azadlıq hərəkatı əvvəlcə 1991-ci il avqustun 30-da “Azərbaycan Respublikası dövlət müstəqilliyi haqqında” Bəyannamənin, həmin ilin oktyabrın 18-də isə “Azərbaycan Respublikası dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi ilə nəticələnmişdir. O dövrdə Azərbaycanın müstəqilliyi formal xarakter daşıyırdı, çünki Azərbaycan milli maraqlardan çox uzaq olan, səriştəsiz şəxslər tərəfindən idarə edilirdi. Bu da Azərbaycanın əsl müstəqil dövlət kimi formalaşmasına imkan vermirdi.
T. Tağıyev vurğulamışdır ki, yalnız 1993-cü il iyunun 15-də ümummilli lider Heydər əliyev respublikamızda ali siyasi hakimiyyətə qayıtdıqdan sonra, onun böyük uzaqgörənliyi, zəngin idarəetmə təcrübəsi və qətiyyəti sayəsində Azərbaycanın əsl müstəqilliyi təmin edilmişdir.
Bu gün dahi liderimizin müdrik siyasi kursu onun layiqli varisi Prezident ilham əliyev tərəfindən böyük uğurla davam etdirilir.
Tədbirdə çıxış edən Nərimanov rayon icra başçısının müavini iradə Mahmudova, Kooperasiya Universitetinin professoru Vilayət əliyev, YAP Nərimanov rayon Qadınlar şurasının sədri Məhəbbət ibrahimova, təşkilatın sədr müavini Vaqif Novruzov, YAP Nərimanov rayon Gənclər Birliyinin sədri Yusif Babanlı, Bakı Humanitar Kollecinin prorektoru Rasim Rzaxanov, Kooperasiya Universitetinin mətbuat xidmətinin rəhbəri Tamerlan əkbərov və digər natiqlər də 1991-ci il oktyabrın 18-ni xalqımızın tarixində şərəfli və əlamətdar gün kimi qiymətləndirmişlər.
Belediyye.info