"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Nərimanov rayonunda şəhid ailələrinin üzvləri və qazilər üçün növbəti tibbi aksiyaya start verilib

--2022-07-25 / 14:02

Nərimanov RiH-in təşəbbüsü və Nərimanov bələdiyyəsinin təşkilatçılığı ilə rayon ərazisində fəaliyyti göstərən “Milana Hospital” və Briz-OL klinikalarının dəstəyi ilə şəhid ailələrinin üzvləri və qazilər üçün növbəti tibbi aksiyaya start verilib.

Bu barədə Belediyye.infoya məlumatı Azərbaycan şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev bildirib.

Məlumata görə, aparılan müayinələrə əsasən rayon ərazisində qeydiyyatda olan və adıçəkilən qrupa daxil olan həssas kateqoriyaya aid vətəndaşlar cəlb edilirlər. Bu tibb müəssisələrində çalışan kardioloq, onkoloq, oftolmoloq, radioloq, terapevt, pediatr, nevroloq, uroloq və digər ixtisaslar üzrə könüllü həkim heyəti tərəfindən keçirilən müayinələrin nəticələrdən asılı olaraq xəstəlik aşkar edilən vətəndaşlara müvafiq müalicə kursları təyin ediləcəkdir. Digər patologiya aşkarlanan şəxslər isə ixtisaslaşmış tibb müəssisələrinə yönləndiləcək. Tibbi aksiyanın təşkilinə Nərimanov bələdiyyəsinin könüllüləri tərəfindən yaxından dəstək verilir. Tibbi müayinəyə ehtiaycı olanlar bələdiyyədə qeydiyyata düşərək müvafiq olaraq tibb müəssisələrinə müraciət edə bilər.

Belediyye.info

.

ŞƏRHLƏR