"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Nərimanov rayonunda şəhid polkovnik-leytenantın doğum günü qeyd edilib

--2022-05-23 / 17:30

Nərimanov rayonunda şəhid polkovnik-leytenant Baxşəliyev Qərib inqilab oğlunun doğum günü ilə əlaqədar Nərimanov RiH- başçısı Elgin Həbibullyev, Nərimanov Rayon Ağsaqqallar şurasının sədri "Vətən Müharibəsi Qəhrəmanı", şəhid Hümbətov Azad Arif oğlunun atası Arif Hümbətov, Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev, o cümlədən Nərimanov RiH- başçısı aparatının məsul işçiləri, şəhidin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, dostları II şəhidlər Xiyabanında şəhidimizin  məzarını ziyarət edərək məzarı üzərinə gül-çiçək dəstələri düzüblər.

Anım mərasiminin iştirakçıları şəhid polkovnik-leytenant Baxşəliyev Qərib həyat yolundan danışıb, Vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əbədi ehtirama layiq olduqlarını qeyd ediblər. Sonda tədbir iştirakçıları şəhidin yaşadığı mənzildə ailə üzvləri də görüşüblər.

Qeyd edək ki, Laçın rayonundan olan polkovnik-leytenant Qərib Baxşəliyev Zəngilan istiqamətində gedən döyüşlərdə şəhid olub. O, müharibə zamanı erməni hərbçilərinin mühasirəsinə düşüb, son gülləsinə qədər döyüşüb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti ilham əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qərib Baxşəliyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Belediyye.info

ŞƏRHLƏR