"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Nərimanov rayonunda şəhid Rəşid Həmidova həsr olunmuş anım tədbiri keçirilib

--2022-10-08 / 08:02

7 oktyabr 2020-ci ildə şəhid olmuş Rəşid Həmidovun 2-ci ili ilə əlaqədar Nərimanov rayonunda anım tədbiri keçirilib. Bu barədə Belediyye.infoya məlumat verən Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsin sədri Təmraz Tağıyev tədbirin Milli Məclis Sədrinin müavini Adil əliyevin təşəbbüsü ilə gerçəkləşdiyini və bu nəcib təşəbbüsə Nərimanov bələdiyyəsi tərəfindən dəstək verildiyi bildirib. Sədr bildirib ki, tədbirdə Milli Məclisn Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Milli Məclisin deputatları Ülvi Quliyev və iltizam Yusifov eləcə də, şəhid ailələri və qazilər, Nərimanov rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Belediyye.info Musavat.com-a istinadən xəbər verir ki, tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb və daha sonra şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq sükut elan edilib.

Tədbiri giriş sözü ilə açan şəhid Rəşid Həmidovun anası Tənzilə Həmidova övlad itkisinin nə qədər ağır olduğunu bildirsə də, övladının belə şərəfli yolda, Vətən uğrunda qəhrəmancasına şəhid olmasından fəxr etdiyini bildirib.

MM sədrinin müavini Adil əliyev çıxışında şəhid ailələri və qazilərin daim dövlət başçımızın ilham əliyevin və Birinci vitse-prezident Mehriban xanım əliyevanın diqqətində olduğunu vurğulayıb, şəhidlərin öz həyatlarını vətən uğrunda qurban verərək hər birimizi üçün milli dəyərə çevrilməsini qeyd edib. Qəhrəmanlarımızın bu gün ruhunun şad olmasını və canlarını qurban verdikləri Vətən torpaqlarının üzərində üçrəngli şanlı bayrağımızın dalğalanmasını qeyd edib. Eləcə də, Azərbaycan Prezidentinin diplomatik müstəvidə apardığı uğurlu siyasətin əsas xəttini ölkəmizin ərazi bütövlüyünün tam bərpa olunmasının təmin edilməsindən ibarət olduğunu bildirmişdir. Bir daha şəhidlərin ruhuna Allahdan rəhmət diləyərək, əziz xatirələrini böyük hörmət və ehtiramla yad edib.

Daha sonra çıxış edən Milli Məclisin Komitə sədri Sadiq Qurbanov Müzəffər Ali Baş Komandan ilham əliyevin rəhbərliyində 44 gün davam edən Zəfər yolundan bəhs edərək, bu Qələbənin xalqımızın ümumi qələbəsi olmasını, ölkə başçısının ətrafındakı sıx birliyimizin nəticəsi olmasını qeyd edib. Eləcə də, şəhid ailələrinə dərin hüznlə baş sağlığı verərək, qəhrəmanlarımızın xatirəsinin əbədi olaraq qəlbimizdə yaşayacağını bildirib.

Milli Məclisin deputatı iltizam Yusifov çıxışında qazandığımız Qələbəyə görə qəhrəmanlarımıza borclu olduğumuzu və onların əmanətlərinə ən yüksək diqqət və qayğının göstərilməsini qeyd edib. Dövlət başçısının rəhbərliyində rəşadətli ordumuzun qazanmış olduğu Zəfərin tariximin ən parlaq səhifəsi olmasını qeyd edib.

Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev şəhidlərimizin xatirəsinin hər birimiz üçün əziz olmasına toxunaraq, ərazi bütövlüyümüzün bərpa, suverenliyimizin bərqərar olmasında müstəsna xidmətlərinin olmasını qeyd edib. Eləcə də, dövlət başçısı və Birinci xanım Mehriban əliyeva tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan söz açıb.

Tədbirdə çıxış edən şəhid ailələri və qazilər göstərilən yüksək diqqət və qayğıya görə Prezident ilham əliyevə və Birinci vitse-prezident Mehriban əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Belediyye.info

ŞƏRHLƏR