Nərimanov rayonunn bir qrup ahıl sakinləri ilə keçirilən görüşdə çıxış edən Nərimanov Rayon icra Hakimiyyətinin başçısı Elgin Həbibullayev cəmiyyətimizdə hər zaman ahıllara, yaşlı insanlara dərin ehtiram, ağsaqqal sözünə böyük hörmət olduğunu bildirib.
icra başçısı ölkədə ahıllara göstərilən diqqət və qayğını vurğulayaraq, Prezident ilham əliyevin rəhbərliyi ilə aparılan uğurlu siyasətdən, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım əliyevanın və onun rəhbərlik etdiyi Heydər əliyev Fondunun həyata keçirdiyi genişmiqyaslı işlərdən danışıb.
Səmimi söhbət şəraitində keçən tədbirdə ağsaqqallarla gənclərin silsilə görüşlərinin keçirilməsi qərara alınıb.
Tədbirdə iştirak edən yaşlı nəslin nümayəndələri onlara göstərilən diqqət və qayğıdan danışmış və bu işlərə görə Prezident ilham əliyev və Birinci vitse-prezident Mehriban əliyevaya öz minnətdarlıqlarını bildirib, ölkəmizin inkişafı naminə görülən tarixi işlərdə uğurlar arzulayıblar.
|
|
|
|