"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Nəsimi bələdiyyəsi 24 ünvanda gecə dayanacağı yaradır

--2015-10-12 / 12:14

Nəsimi bələdiyyəsinin sədri Nazim Qaraxanovun Belediyye.info saytına verdiyi məlumata görə, ötən doqquz ay ərzində bələdiyyə  öz inzibati ərazisində ciddi layihələri həyata keçirib. Belə ki, ümumi rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə 82 min manata yaxın vəsait xərclənib. Bu sıradan D.əliyeva küçəsində 243-253 saylı ünvanında 600 kv.m ərazidə, Cəfər Cabbarlı heykəlinin ətrafında abadlaşma işlərini, o cümlədən Cavadxan küçəsi 3005-ci məhəllədə parkın işıqlandırma və suvarma sisteminin sayğaclarla təmin edilməsi və aylıq ödənişlərin həyata keçirilməsini, Tbilisi prospektində yol kənarında 210 kv.m ərazidə qazon örtüyünün yenilənməsini  misal çəklmək olar.   

H.əliyev fondunun vitse-prezidenti Leyla əiyevanın Beynəlxalq ətraf  Mühütün Saflaşdırılması aksiyasına dəstək olaraq Nəsimi bələdiyyəsinin yerləşdiyi inzibati binanın eyvanlarında gül dibçəklərinin quraşdırılması və güllərin əkilməsi ilə “ən gözəl Bakı eyvanı” müsabiqəsinin elan olunmasina görülən işlər sırasındadır.

Sədrin sözlərinə görə, bələdiyyənin yeni aktiv internet resursu www.nesimibelediyyesi.com,  sakinlərin istifadəsindədir.  Ötən dövrdə “Onlayin ödəmə sisteminin” tətbiqi bələdiyyənin atdığı əsas addımlardan hesab olunur.

Nəsimi rayonunda mövcud olan sosial problemlərin həllində Nəsimi bələdiyyəsinin  Azərbaycan Qarabağ müharibəsi əlilləri ,Veteranları və şəhid Ailələri ictimai Birliyi və əhaliyə  ayırdığı maddi yardımların göstərilməsi daim diqqət mərkəzindədir. Ötən doqquz ay ərzində 12 min manata yaxın yuxarıda qeyd olunan ailələrə maddi yardımlar göstərilib.

Sədr Nazim Qaraxanov sözlərinə görə,  bələdiyyənin ilin sonunadək görəcəyi işlər sırasında ən əsası ərazidə mövcud  olan 20 ünvanda uşaq meydançalarının və söhbərkeşlərin  təmiri və  24 ünvanda  bələdiyyənin gecə dayanacaqlarının yaradılmasıdır.

Artıq  prosesə start verilib.

Belediyye.info

 

 

ŞƏRHLƏR