"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Nəsimi bələdiyyəsi abadlıq işlərini davam etdirir

--2016-01-11 / 23:30

“Nəsimi bələdiyyəsi tərəfindən rayonun Alı Mustafayev və Cavadxan 12,14,16,18 ünvanlarında yenidənqurma işləri aparılıb”- bu fikri Belediyye.info saytına Nəsimi bələdiyyəsinin sədri Nazim Qaraxanov bildirb. Onun sözlərinə görə, 2015-ci ili uğurla başa vuran  Nəsimi bələdiyyəsi daim secicilərinin qaldırdığı problemlərin həllinə çalışır və bu istiqamətdə maliyyə vəziyyətinə uyğun olaraq davam etdirir.

Bu günlərdə sakinlərimizin müraciətlərini nəzərə alaraq əhalinin istirahəti üçün nəzərdə tutulmuş məhəllədaxili oturacaq -köşkləri əsaslı şəkildə təmir olunub və həmin ərazilərdə çoxsaylı ağaclar əkilib, ərazilər abadlaşdırılıb.

Həyata keçirilən layihəyə toxunan sədr bildirib ki, biri 150 nəfər, digəri 110 nəfərlik olmaqla 2 yay tipli oturacaq köşkü təmir olunub, 4500-ə yaxın ağac əhənglənib, dibləri bellənib və qurumuş ağöacların yerinə isə əlavə yeni ağaclar əkilib.

Belediyye.info

ŞƏRHLƏR