"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

NəSiMi BəLəDiYYəSi AçIQ MüSABiQəYə DəVəT EDiR:-TENDER ELANI

--2017-04-09 / 05:27

Müsabiqə iştirakçılarına təklif edilir ki, öz müsabiqə təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün müsabiqə iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.

Müsabiqədə iştirak ödənişsizdir.

Bakı şəhəri, Nəsimi rayonu , Cavadxan küçəsi 64-68-70 ünvanlarda binaların fasadının rənglənməsi və təmir bərpa işlərin aparılması ilə bağlı qüsur aktları tərtib edilmişdir. Aşağıda göstərilən qüsur aktlarında görülməli olan işlərin miqyası öz əksini tapmışdır.

          Bu işləri yüksək keyfiyyətlə , bələdiyyə büdcə imkanları cərcivəsində hissə-hissə ödəniş əsasında həyata kecirə biləcək təmir şirkətlərinə ehtiyac vardır.

Yuxarıda gostərilənləri nəzərə alaraq, görülən işləri öz öhdəsinə götürəcək şirkətlər üçün acıq müsabiqə elan olunur.

Müsabiqədə iştirak  üçün əsas şərtlər :

- Elan olunan qüsur aktları əsasında FHN-nin “Tikintidə Qiymət qoyma Mərkəzinnən” keçid əmsalı müəyyənləşdirilmiş local smetanın hazırlanması və Nəsimi bələdiyyəsinə təqdim edilməsi

- Binaların fasadının rənglənməsinin Memarlıq-Dizayner həlli

Məlumat almaq və təkliflərinizi vermək üçün aşağıdaki ünvana müraciət edə bilərsiniz.

Bakı şəhəri, S.Vurğun küçəsi 112

Tel: 050-3358861

Tel: 440-64-52                               Aparat  Rəhbəri  - ədalət Hüseynov

 

ŞƏRHLƏR