Nəsimi bələdiyyəsi cari ilin səkkiz ayı ərzində əldə etdiyi büdcə gəlirlərinin həcmnini açıqlayıb.
Bələdiyyənin Vergi Xidməti orqanından Belediyye.infoya verilən məlumata görə, səkkiz ay ərzində bələdiyyənin büdcə daxilolmalarının həcmi 367 min manat olub. Bu rəqəmə dotasiya aid deyildir.
2015-ci illə müqayisədə bu rəqəm 70 faiz, 2016-cı illə müqayisədə isə 40 artıq deməkdir.
Belə ki, bələdiyyənin büdcə gəlirləri ilin səkkiz ayı ərzində 2015-ci ildə 215 min manat, 2016-cı ildə 265 min manat, 2017-ci ildə 367 min manata bərabər olub.
Bu gün bələdiyyənin əsas hədəfi büdcə gəlirlərini 600 min manata çatdırmaqdır.
Bunun üçün bələdiyyə iclasının qərarıyla strateji plan təsdiq edilib və bütün fəaliyyətdə məhz bu istiqamətə yönəlib.
Belediyye.info