Nəsimi bələdiyyəsinin yaydığı məlumata görə , bələdiyyənin ötən il tətbiq etdiyi yeniliklərin nəticəsində 2016-cı ilin yekunlarına görə vergi daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə 344.718 manatdan 26 % artaraq 434.764 manat olmuşdur.
2016-cı il üçün dövlət tərəfindən ayrılmış 60.000 manat dotasiya nəzərə alınmaqla, bələdiyyəyə ümumi daxilolmalar 494764 manat təşkil edib.
Bu ilin 12 ayı ərzində cəmi 494.121 manat xərclənilib.
Bu məbləğin 180.771 manatı - əmək haqqı xərclərinə, 144.515 manatı - təmir və abadlıq işlərinə,31.934 manatı - sosial yardımlara, qalan 136.901 manatı isə idarənin saxlanılması, iqtisadi inkişafı üçün texniki vəsaitlərin, avadanlıqların alınmasına və digər xərclərə sərf olunub.
Belediyye.info