"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Nəsimi bələdiyyəsi Cavadxan küçəsində hansı işlərə yekun vurub?

--2017-08-03 / 20:26

Nəsimi bələdiyyəsi Nəsimi rayon icra Hakimiyyətinin təşəbbüsü ilə rayonda aparılan abadlıq işlərinə öz töhvəsini verməkdədir.

Bələdiyyə iclasının qərarına əsasən Cavadxan küçəsi 62-68 ünvanda olan doqquzmərtəbəli  binaların fasad hissəsində təmir bərpa işləri həyata keçirilib.

Bu günlərdə isə Cavadxan küçəsi 68 saylı yaşayış binanın fasadında təmir işlərinə başlanlıb. Yaxın günlərdə binanın əsaslı təmir bərpa işlərinin başa çatacağı deyilir.

Bələdiyyədən daxil olan məlumata görə, rayon ərazisində   bələdiyyə tərəfindən aparılan təmir işləri ilin sonunadək davam edəcəkdir.

Belediyye.info

ŞƏRHLƏR