"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Nəsimi bələdiyyəsi "ən gözəl eyvan" müsabiqəsinə start verib

--2015-08-26 / 20:07

Nəsimi bələdiyyəsindən Belediyye.info saytına daxil olan məlumata görə, bələdiyyənin təşəbbüsü ilə  "ən gözəl eyvan" müsabiqəsinə start verilib.  Bu müsabiqənin şərtlərinə görə, hər bir Nəsimi rayon sakini yaşadığı mənzilin canlı gül-çiçəklə bəzədilmiş  eyvanının şəklini (JPEG formatda) çəkib cari ilin noyabr ayının 15-nə kimi bələdiyyənin e-mail ünvanına (nesimi.belediyye@mail.ru) və bələdiyyənin facebook səhifəsinə (www.facebook.com/nesimibelediyyesi) göndərməklə müsabiqəyə qatıla bilər. Qeyd edək ki, müsabiqənin keçirilməsində əsas məqsəd sakinləri  ekoloji təmizliyə çağırmaqdır.

Qaliblər  tanınmış simalarında daxil olduğu Müsabiqə komissiyası tərəfindən müəyyən ediləcəkdir.  Bələdiyyədən daxil olan məlumatda o da bildirilir ki, müvafiq  olaraq  I yerin qalibinə - 300  manat,  II yerin sahibinə  200 manat, III yeri tutmuş sakinə isə 100 manat məbləğində  mükafat veriləcəkdir. 

Qeyd edək ki, ətraflı məlumat bələdiyyənin qaynar xəttinə ( (012) 440-50-71 ) zəng etməklə  və ya facebook səhifəsinə müraciət etməklə ala bilərsiniz. Bundan əlavə Nəsimi bələdiyyəsinin intenet resursuna müraciət etməklə sizi maraqlandıran suallara cavab tapa bilərsiniz.

Xatırladaq ki,  bu müsabiqə Bakıda ilk dəfədir ki keçirilir.

Belediyye.info

 

ŞƏRHLƏR