Nəsimi bələdiyyəsi Bakı şəhəri 54 saylı məktəbdə “Azərbaycan Yerli Demokratiya Həftəsi” çərçivəsində növbəti tədbir keçirib.
Tədbirdə Nəsimi rayon icra Hakimiyyətinin Başçısının l müavini xanım Gülarə Verdiyeva, Nəsimi bələdiyyəsinin sədri Nazim Qaraxanov, 54 saylı məktəbin rəhbər üzvləri və kollektivi, eyni zamanda Nəsimi rayon ərazisində yerləşən digər idarə və təşkilatların nümayəndələri və Nəsimi rayon sakinləri iştirak edib.
Tədbirin keçirilməsinin əsas məqsədi vətəndaşların bələdiyyə haqqında maarifləndirilməsi və qarşılıqlı öhdəliklərin müəyyən olunması yollarının genişləndirilməsidir.
Tədbirin məktəbdə keçirilməsinin əsas məqsədi ondan ibarətdir ki, bələdiyyələrin fəaliyyəti haqqında ilk olaraq təhsil müəssisələrində müəllim kollektivi və təhsil alan şagirdlərə məlumat vermək və onların bələdiyyə fəaliyyətinin təşkil sistemi haqqında maarifləndirməkdir.
Tədbirdə çıxışı edən xanım Gülarə Verdiyeva Ulu Öndərin xalqımızın, cəmiyyətimizin milli inkişafına yönəlmiş müstəqillik konsepsiyasını yaradıcılıqla davam və inkişaf etdirən Prezident ilham əliyevin uğurlu siyasəti, eləcə də böyük uzaqgörənliklə müəyyənləşdirdiyi strateji inkişaf haqqında öz müsbət fikirlərinin qeyd edib.
Eyni zamanda Nəsimi bələdiyyəsinin yerli əhəmiyyətli məsələlərlə bağlı problemlərin həlli, vətəndaşların müraciətlərinə baxılması və Nəsimi rayon ərazisində bir çox layihələrin həyata keçirilməsində əhəmiyyətli rolu olduğunu bildirib.
Həmçinin cənab Prezidentin imzaladığı fərman, qərar və sərəncamlar əsasında bələdiyyə sahəsində böyük irəliləyişlər olmuşdur.
iclasda çıxış edən Nəsimi bələdiyyəsinin sədri Nazim Qaraxanov bələdiyyənin yaranması, tarixi və bələdiyyə haqqında tədbir iştirakçılarına geniş və əhatəli məlumat verib.
Bələdiyyələrin Ümummilli lider Heydər əliyevin təşəbbüsü ilə yarandığını və Avropa Demokratiya institutlarının ən yüksək tələblərinə cavab verəcək səviyyədə olan bu yerli idarəçilik qurumlarının fəaliyyətlərinə hər bir vətəndaşın iştirakını cəlb etməklə dövlətin, hakimiyyətin idarə edilməsində ən demokratik prinsiplərin əsas tutulduğuna istinad edildiyi vurğulayıb.
Bələdiyyələrin fəaliyyətinin daha da geniş, əhatəli olması, həmçinin bu gün ölkədə Ümummilli lider Heydər əliyevin iqtisadi və siyasi kursunun layiqli davamçısı olan ölkə başçısı ilham əliyevin təşəbbüsü və dəstəyi ilə aparılan sosial-iqtisadi islahatlar prosesində öz yerini alması üçün kifayət qədər böyük qanunvericilik bazası yaranması qeyd edilib.
Tədbir zamanı bələdiyyə qulluqçuları və üzvlərinin statusu, onların məsuliyyəti və səlahiyyətləri, bələdiyyə qulluqçularının və üzvlərinin fəaliyyətinin maneəsiz və səmərəli həyata keçirilməsi üçün, vətəndaşların iştirakının təmin edilməsi istiqamətində müzakirələr aparılıb.
Vətəndaşların rayon ərazisində yaranan bir çox problemlərin həlli üçün aidiyyatı qurumlarla yanaşı bələdiyyələrə də müraciətinin təmin olunması təklif edilib.
Qeyd edək ki, bu gün Nəsimi bələdiyyəsi Azərbaycan Tibb Universitetində, Nəsimi rayonu 19 saylı, 44 saylı və 14 saylı məktəblərdə də görüşləri keçirilib.
Qeyd edək ki, 44 saylı məktəbdə keçirilən görüşdə Nəsimi Bələdiyyəsinin sədr müavini Həsən Mövsümzadə tədbir iştirakçılarına bələdiyyənin fəaliyyəti barədə ətraflı məlumat verib.
Görüşlərdə Nəsimi rayonunda fəaliyyətdə olan QHT-lərin və Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının təmsilçiləri yaxından iştirak ediblər.
Nəsimi bələdiyyəsinin keçirdiyi görüşlərin hər birində tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Bələdiyyədən “Yerli Demokratiya Həftəsi” çərçivəsində sakinlərlə görüşlərin davam etdiriləcəyi bildirilib.
Belediyye.info
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|