"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Nəsimi bələdiyyəsi hansı işləri görüb?

--2016-08-19 / 11:36

Nəsimi bələdiyyəsi tərəfindən 2016-cı ilin ilk 6 ay ərzində  görülmüş işlər barədə hesabatı sizə təqdim edirik.

Nəsimi Bələdiyyəsinin sədri Nazim Qaraxanovun imzasıyla daxil olan hesabatı olduğu kimi təqdim edirik:

***

Nəsimi bələdiyyəsi tərəfindən 2016-cı ilin 6 ayı ərzində rayon ərazisində aparılmış təmir-bərpa və abadlıq işləri

Yanvar-iyun 2016-cı il ərzindəəsaslı təmir-abadlıq işləri ilə bağlı ümumi sayı 253 nəfər olan sakinlərdən 15 kollektiv ərizə daxil olmuş, 2 dövlət müəssisəsi məktubla müraciət etmişdir. Aşağıda göstərilən ünvanlarda əsaslı təmir-abadlıq işləri görülüb başa çatdırılmışdır.

Cavadxan (S.C.Pişəvəri) küçəsi 20A ünvanında yerləşən 5 saylı təcili tibbi yardım stansiyasını əsas magistral yolla birləşdirən məhəllədaxili yolun 310 kv.m hissəsinə asfalt döşənmiş, 62 kv.m istinad divarı bərpa edilərək üzlük daşla örtülmüşdür.

Hüseynbala əliyev 12, 18 və 22  ünvanlarında ümumi sahəsi 52 kv.m olan 6 ədəd söhbətgah əsaslı təmir olunmuş, 12 ədəd metal konstruksiyalı taxta materialdan oturacaqlar quraşdırılmışdır.

Cavadxan 20 və 32 ünvanlarında ümumi sahəsi 16 kv.m olan  2 ədəd söhbətgah əsaslı təmir edilmiş, 10 ədəd oturacaq quraşdırılmışdır.

Alı Mustafayev  5, 10, 14, 15, 17, 17A, 27 ünvanlarında ümumi sahəsi 36 kv.m olan 4 ədədsöhbətgah və 15 ədəd oturacaq əsaslı təmir olunmuş, 36 ədəd yeni oturacaq quraşdırılmışdır.

Suvağı qopmuş 120 kv.m divar səthinə sement məhlulu ilə suvaq çəkilmiş və emulsiya ilə rənglənmişdir.

Cəlil Məmmədquluzadə 101Aünvanında azyaşlı uşaqlar üçün 2 gözlü yelləncək və 2 qülləli “Kiçik Qala” karuseli quraşdırılaraq balacaların istifadəsinə verilmişdir.

Ak. Mirqasımov küçəsi 2 saylı binanın həyətində 380 kv.m sahəyə asfalt salınmış və digər abadlıq işləri görülmüşdür.

Azadlıq prospekti 125 ünvanında sahəsi 38kv.m olan taxta materiallardan 8 guşəli söhbətgah, azyaşlılar üçün isə yelləncək və karuselquraşdırılmış, 4 ədəd oturacaq əsaslı şəkildə təmir olunub sakinlərin istifadəsinə verilmişdir.

Bütün bu işlərin görülməsinə 63 496 manat vəsait xərclənmişdir. 2015-ci ilin6 ayı ərzində isə bu rəqəm 61 580 manat olmuşdur.Bu da işlərin 103% yerinə yetirilməsi deməkdir.

Sosial innovasiyalar və vətəndaşlara göstərillən xidmətlərin asanlaşdırılması istiqamətində görülən işlər:

Nəsimi bələdiyyəsininVergi xidməti işinin asanlaşdırılması və operativ qurulması üçün    sosial innovasiyaların, həmçinin xidmətlərin asanlaşdırılması istiqamətində mükəmməlləşməyə doğru yeni bir addım ataraq, nəğdsiz ödənişlərin həyata keçirilməsi üçün  saytın mobil telefon versiyası hazırlanmış;

 Qeyri nəğd “Online” ödənişlərin həyata keçirilməsi üçün mini printerlərin istifadəsinə başlanmış;

Yeninnovasiyaların tətbiqi ilə əlaqədar olaraq, MilliÖn, EasyPay, Expres, Kassam az, AzerPay özünəxidmət terminalları vasitələri ilə vergi ödənişinin mümkünlüyü təşkil olunmuşdur.

Bütün bunların nəticəsidir ki, cari ilin 6 ayının yekunlarına görə vergi daxilolmaları ötən ilin ilk 6 ayı ilə müqayisədə 155 776 manatdan 30% artaraq 201 643 manat təşkil etmişdir. 

***

əhalinin sosial və maddi rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlər:

Sosial yardımlara daha çox ehtiyacı olan AR  Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri, Böyük Vətən Müharibəsi Veteranları, Xocalı soyqırımı şəhidlərinin ailələri, Çernobıl əlilləri, əlillərlər Cəmiyyətinin üzvləri, Qarabağ Qaçqın və Məcburi Köçkün ailələri hər zaman olduğu kimi cari ilin ilk 6 ayında da Bələdiyyəmizin diqqət mərkəzində saxlanılmışdır.

Hər zaman olduğu kimi bayramlar zamanı onlara maddi yardımlar olunur, ərzaq məhsulları paylanılır. AR  Qarabağ müharibəsi əlillərinə və Böyük Vətən Müharibəsi Veteranlarına hər ay mütəmadi olaraq maddi yardım göstərilir. 2016-cıilin ilk 6 ayı ərzində xüsusi qayğıya və diqqətə ehtiyacı olan  239 nəfərə Nəsimi bələdiyyəsi tərəfindən maddi və ərzaq yardımı edilmişdir. Sosial yardimlara ayrılan məbləğ 2015-ci ilin 6 ayı ərzində 7 450 manat olmuşdursa, 2016-cı ilin 6 ayı ərzində isə bu məbləğ 92% artaraq, 14 294 manat təşkil  etmişdir.

Bundan əlavə bildiririk ki, 2016-cı ilin 6 ayı ərzində əmək haqqı xərcləri 66 909  manat, idarənin saxlanması üçün sair xərclər 58 211 manat təşkil etmişdir. Ümumilikdə cari ilin 6 ayının xərcləri 202 910 manat olmuşdur.

Qeyd olunmalıdır ki, bütün bu tədbirlər Dövlət tərəfindən bələdiyyəyə ayrılmiş 60 000 manat dotasiyadan istifadə olunmadan həyata keçirilmişdir.

***

            Bələdiyyədə “açıq qapı günləri” ənənəvi şəkildə davam etdirilərək, mütəmadi olaraq məhdudiyyətsiz şəkildə bələdiyyə üzvləri tərəfindən vətəndaşların qəbulunun  təşkili həyata keçirilir. Bələdiyyəyə müraciət edən və sosial yardımla bağlı köməklik göstərilməsini xahiş edən sakinlərlə ayrılıqda söhbət aparılır. Həyat səviyyəsinin yaxşılaşdırılması məqsədilə hansı əmək fəaliyyəti ilə məşğul olmaları üçün məsləhətlər verilir və eyni zamanda  əlilliyi və ciddi xəstəliyi olan şəxslər qeydiyyata alınır və onlara yardımların göstərilməsi həyata keçirilir.

Vətəndaşlarla operativ əlaqələrin əsaslı təmin edilməsi məqsədilə “qaynar xətt” telefon nomrəsi vasitəsiilə qaldırılan məsələlər operativ qeydə alınmış və cavablandırılmışdır. Birbaşa bələdiyyəyə müraciət pəncərəsi olan Nəsimi bələdiyyəsinin öz saytı (www.nesimibelediyyesi.com) vasitəsilə bələdiyyə ilə əlaqə saxlanılır, elan olunmuş “qaynar xətt” telefon nomrəsi vasitəsilə sakinlərlə müxtəlif tərkibli suallar, əmlak və torpaq vergisinin hesablanması qaydaları, o cümlədən güzəştlərin tətbiq edilməsi ilə bağlı şərtlər haqqda sorğular cavablandırılır, vergiödəyiciləri ödənişlərə cəlb etmək istiqamətində mütəmadi danışıqlar aparılır.  Hər gün sakinlərin sədrlə, müavinlərlə və komissiya sədrləri olan digər bələdiyyə üzvləri ilə birbaşa görüşü təşkil olunur; sosial-məişət problemlərlə bağlı məsələlərin bələdiyyə tərəfindən həlli araşdırılır. Görüşlərdə qanunvericilikdə nəzərdə tutulan normativ sənədlər əsasında güzəştlərə baxılması və bələdiyyənin ümumi iclaslarında müzakirəyə çıxarmaq üçün müvafiq sənədlərin toplanması həyata keçirilir.

il ərzində vətəndaşların ərizə və müraciətlərinə vaxtlı-vaxtında baxılması və cavablandırılması da Nəsimi bələdiyyəsinin diqqət mərkəzində olmuşdur. Belə ki, 2016-cı ilin 6 ayı ərzində Nəsimi bələdiyyəsinə ümumilikdə 330 müraciət daxil olmuşdur.  Mövcud qanunvericilik çərçivəsində ərizə, sorğu və müraciətlər vaxtında cavablandırılmışdır.

Bələdiyyə tərəfindən məqsədəuyğun hesab edilən digər tədbirlərin həyata keçirilməsi ilə bağlı fəaliyyətə uyğun olaraq, bələdiyyənin internet səhifəsində gördüyümüz işlər barədə məlumatlar  vaxtaşarı yenilənir. 

Belediyye.info

ŞƏRHLƏR