sorğu
Nəsimi bələdiyyəsi Nəsimi rayon icra Hakimiyyətinin təşəbbüsü ilə rayonda aparılan abadlıq işlərinə öz töhvəsini verməkdədir. Bələdiyyə iclasının qərarına əsasən Cavadxan küçəsi 12 ünvanındakı doqquzmərtəbəli binanın fasad hissəsində təmir bərpa işləri həyata keçirilməkdədir.
Bələdiyyədən daxil olan məlumata görə, binanın təmir-bərpa işləri Novruz bayramınadək yekunlaşdırılması nəzərdə tutulub.
Belediyye.info