Nəsimi Bələdiyyəsinin Vergi xidmətinin rəisi Tərlan ismayılovun Belediyye.infoya verdiyi məlumata görə, bələdiyyə bu gün ərazisində yerləşən mehmanxanaların ikinci rüb hesabatını açıqlayıb.
ilkin nəticələrə görə, ikinci rübdə bələdiyyə ərazisindəki mehmanxanalarda 20.000-nə yaxın gecələmə olub. Xidmət rəisinin sözlərinə görə, ancaq bir sıra mehmanxananın hesabatı təqdim etməməsi ucbatından bu rəqəmi hələlik dəqiqləşdirmək mümkün olmayıb.
Bu sıraya "Hale KAI", "Egoist", Diplomat Hotel" və “Caspian Guest Hose" mehmanxanaları daxildir. Bələdiyyənin dəfələrlə müraciətinə baxmayaraq adışəkilən mehmanxana sahibləri tərəfindən hesabat təqdim edilməyib.
T.ismayılovun sözlərinə görə, mövcud problemi aradan qaldırmaq məqsədiylə bələdiyyəyə hesabatı vaxtında təqdim etməyən mehmanxanalara 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi barədə artıq Bakı inzibati-iqtisad Məhkəməsinə iddia əriazəsiylə müraciət edib.
Belediyye.info
|
|
|
|
|
|