"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Nəsimi Bələdiyyəsi MTK-lara müraciət ünvanlayıb-CiDDi

--2016-07-25 / 11:10

Nəsimi bələdiyyəsi sədr Nazim Qaraxanovun imzasıylıa çoxmənzilli binaların idarəçiliyini hazırda həyata keçirən MTK rəhbərlərinə müraciət ünvanlayıb.

Müraciətdə deyilir:

“AzərbaycanRespublikası Prezidentinin 24.05.2010-cu il tarixli, 272 nömrəli Fərmanına və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 01.07.2010-cu il tarixli, 128 nömrəli Qərarına əsasən çoxmənzilli binanın mənzil fondunun idarə edilməsi yalnız tender müsabiqəsi yolu ilə müəyyənləşdirilmiş şirkət və yaxud Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti tərəfindən həyata keçirilə bilər. Qərarın 1.2 maddəsinə əsasən, müsabiqələr(tenderlər) çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən təşkil olunur. Sizin hazırda göstərdiyiniz fəaliyyətin qanuniləşdirməsi üçün  tenderdə iştirak etməyiniz vacibdir. Bununla əlaqədar olaraq müsabiqənin keçirilmə qaydaları və şərtləri ilə tanış olmanız üçün 15 gün ərzində  Nəsimi bələdiyyəsinə müraciət etməyiniz tövsiyə olunur.”

Məktubda daha sonra qeyd edilir ki, “üzürsüz səbəbdən tenderdə iştirak etməyən və yaxud qalib çıxmayan şirkət qanunla müəyyən edilmiş qaydada binanın idarə edilməsindən kənarlaşdırılacaqdır.”

Xatırladaq ki, Nəsimi Bələdiyyəsinin inzibati ərazisində 191 yeni tikili inşa inşa edilib ki, bununda 113 rəsmi dövlət qeydiyyatına alınaraq çıxarış verilib. 28 bina təhvil verilsə də hələlik çıxarışı ala bilməyib. Ancaq 50 bina təhvil verilməsdə hazırda həmin binalarda yaşayış vardır.

Qeyd edək ki, Nəsimi Bələdiyyəsinin məqsədi bu binaların idarəedilməsini qanunləşdirmək və həmin bina sakinlərini vergiyə cəlb etməkdir.

Belediyye.info

 

 

 

ŞƏRHLƏR