"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Nəsimi bələdiyyəsi onlayn ödəmədən nə qədər qazanıb?

--2018-01-19 / 00:55

Nəsimi bələdiyyəsinin yaydığı məlumata görə, bələdiyyə tərəfindən 2015 sentyabrından bələdiyyə vergilərinin ödənişində onlayn və stasionar ödəniş terminallarından ödənilməsi həyata keçirilib.

Bələdiyyələr arasında ilk olaraq bu sistemin tətbiqindən ötən iki il müddətində bələdiyyə büdcəsinə nə qədər vəsait daxil olub?

Sualı cavablandıran Nəsimi bələdiyyəsinin sədri Nazim Qaraxanov Belediyye.infoya açıqlamasında bildirib ki, bələdiyyəsinin internet resursunda tətbiq edilən sistemdən bələdiyyə büdcəsinə 65 min manat, stasionar ödəniş terminallarından isə 300 min manatdan artıq vəsait daxil olub. ilbəil bu ödənişlərin həcmi 15-20 faiz artır: “Bugün Bələdiyyənin əsas məqsədi  vergiödəyiciləri arasında ciddi maarifləndirmə işlərini aparmaqla vergiləri vaxtinda və ən müasir vasitələrlə ödəmək imkanı olsun.”

Belediyye.info

ŞƏRHLƏR