sorğu
Nəsimi Bələdiyyəsinin Vergi xidmətinin heyəti xidmət rəisi Tərlan ismayılovun iştirakıyla H.Seyidzadə 26A və 26B ünvanlarında yerləşən çoxmərtəbəli binalarda sakinlərlə maarifləndirici söhbətlər aparıblar. Bu barədə Belediyye.infoya məlumat bələdiyyədən daxil olub.
Məlumatda deyilir ki, görüşdə sakinləri maraqlandıran suallar cavablandırılıb. Azərbaycan Respublikası Vergilər Məcəlləsinə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu və əmlak vergisinin məqsədləri üçün tətbiq edilən əmsalları əks etdirən məlumatları, həmçinin tədiyyə bildirişlərini təqdim ediblər.
Bu cür tədbirləri digər ərazilərdə də keçirilməsi nəzərdə tutulub.
Belediyye.info
|
|
|
|
|
|
|
|