“Nəsimi bələdiyyəsi büdcə daxilolmalarının 12% -dək hissəsini sosial yardımlara, 35% isə rayon ərazisində abadlıq işlərinin aparılmasına sərf edib”- bunu Belediyye.infoya açıqlamasında Nəsimi bələdiyyəsinin sədri Nazim Qaraxanov bildirib. Onun sözlərinə görə, bələdiyyə ötən il sosial yardımlara il ərzində 15 min manata yaxın vəsait xərcləmişdisə, artıq cari ili ilk üç ayı ərzində bu rəqəm 11 min manatı keçib.
Cari ilin birinci rübü ərzində yerli büdcəyə 97 min manat vəsaitin daxil olduğunu deyən sədrin sözlərinə görə, bu gün əsas məqsəd çoxmənzili binalarda idarəetmə məsələsinin həlinə nail olmaqdır.
Hər zaman yeniliklərin tətbiqinə üstünlük verən bələdiyyə onlayn ödəmənin mobil versiyasini də hazırlayıb. Sədrin sözlərinə görə, bələdiyyə iclasının qərarına əsasən müfəttişlərin mobil telefonuna yüklənmiş proqramla ani olaraq ödəniş yerli büdcənin bank hesabına daxil olur.
Xatırladaq ki, Nəsimi bələdiyyəsi respublikada ilk olaraq yerli vergilərin onlayn və E- manat sistemiylə ödənişi tətbiq edilir.
Belediyye.info