"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Nəsimi bələdiyyəsi Vergi məcəlləsinə dəyişiklik etməyi təklif edir -AKTUAL

--2015-08-31 / 14:28

Nəsimi bələdiyyəsindən Belediyye.info saytına daxil olan məlumata görə, bələdiyyə əmlak vergisinin hesablanmasıyla bağlı Milli Məclisə və ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinə təklif göndərib.

Təklifin əsas məqsədi sənədsiz mənzil sahiblərini vergiyə cəlb edilməsidir. Qanunun tələblərinə görə əmlak vergisi   yalnız xüsus mülkiyyətdə olan mənzillərə şamil edilir. Vergi Məcəlləsinin 198.1.1 maddəsində qeyd edilir ki, vətəndaşların “...xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə - onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunur (bina Bakı şəhərində yerləşdikdə, həmin dərəcələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilir”.

Bələdiyyənin təklifinə görə, “vətəndaşlar onların xüsusi mülkiyyətində və ya istifadəsində olan mənzillərə görə” vergi ödəməlıdirlər. Maddəyə bu fikrin salınması bələdiyyələrin büdcə gəlirlərin xeyli təsiri olacaqdır.

Qeyd edək ki, yeni tikililərdəki mənzillərə Daşınmaz əmlakın Dövlət Restrindən çıxarış (sonralar “çıxarış”) almayan fiziki şəxslər əmlak vergisinə cəlb edilmirlər. Bu istiqamətdə Nəsimi bələdiyyəsinin apardığı araşdırmalardan  sonra belə məlum olub ki, mənzilinə “çıxarış” almayan vətəndaşlar MTK-lar tərəfindən imzalanmış müqavilələr əsasında binalarda məskunlaşırlar.  Onlar “çıxarışı” olan vətəndaşlar kimi öz mənzillərini təmir də edir, yaşayır və yaxud mənfəət əldə etmək üçün hətta kirayə də verirlər. Bununla yanaşı hamı kimi qazdan, sudan, elektrikdən, liftlərdən, binaya gələn avtomobil və piyada yollarından, məhəllədən, bina müdiriyyətinin xidmətlərindən (zibilin atılması, blokun təmiri, mühafizəsi, təmizlənməsi və s.)  istifadə edirlər.  Bir sözlə kredit götürən zaman girov qoymaq imkanlarından başqa hər bir hüquqdan eyni dərəcədə istifadə edə bilirlər; əvəzində isə:

a)      Alqı-satqı zamanı çox sadə şəkildə MTK-nın protokolu dəyişdirilir və notarius xərclərindən yayınırlar.

b)      Alqı-satqı rəsmiləşmədiyindən, mənzil satışından əldə edilən gəlir, Vergi orqanlarının nəzərindən yayındırılır.

c)      Mülkiyyət sənədləri (Çıxarışları) olamadığı üçün ilbəil əmlak vergisini də  ödəməkdən “azad” olurlar.

d)      Mülkiyyət sənədləri olan mənzil sahibləri ilə tam eyni hüquqlardan bəhrələndikləri üçün, xərc çəkib “çıxarış” almaqda ümumiyyətlə maraqlı olmurlar.

Nəzərə alsaq ki, Bakı şəhərindəki yeni tikililərin təxminən 55%-də “çıxarış”ı olmayan fiziki şəxslər yaşayır, demək, milyonllarla kv.m ərazi vergiyə cəlb oluna bilmir və bu üzdən də  miyonlarla manat vəsait bələdiyyələrin büdcəsindən kənarda qalır.

BELEDiYYE.iNFO

ŞƏRHLƏR