"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Nəsimi bələdiyyəsində növbəti iclas keçirilib

--2017-06-14 / 09:31

Nəsimi bələdiyyəsinin iclası baş tutub. Bu barədə Belediyye.infoya məlumat adıçəkilən bələdiyyədən daxil olub.

iclasda Nəsimi bələdiyyəsinin sədri Nazim Qaraxanov bələdiyyənin son bir ay ərzindəki fəaliyyətindən danışaraq  görüləsi işlərdən də danışıb. Hazırda rayonun Cavadxan küçəsində binalarda restavrasiya, o cümlədən təmir-bərpa işlərinin  aparıldığını və bir hissəsinin bu günlərdə yekunlaşacağını bildirib.

Sədrin sözlərinə görə, bələdiyyə daim rayonun abadlıq quruculuq işlərinə yaxından iştirak edir. Bu istiqamətdə Nəsimi rayon icra hakimiyyətiylə sıx əməkdaşlıq  şəraitində işlədiyini deyən sədr çıxışında vergi və ödənişlərin yığım səviyyəsinə də toxunub.

Onun sözlərinə görə, hədəfimiz böyükdür. 2016cı illə müqayisədə 30 faziədək artıq maliyyə vəsaiti toplamalıyıq.

Bunun üçün bələdiyyə üzvlərinin hər biri öz çalışdıqları  sahələridə öz dəstəyini göstərməlidir.

iclasda “Ramazan”  bayramı münasibətiylə aztəmnitalı ailələrə ərzaq paylarının verilməsi, habelə bir sıra məsələlər müzakirə edilərək qərar qəbul edilib.

iclasda bələdiyyə üzvlərini maraqlandıran suallar da cavablandırılıb.

Belediyye.info

 

ŞƏRHLƏR