Nəsimi bələdiyyəsindən Belediyye.infoya daxil olan məlumata görə, Nəsimi rayonu Cavadxan küçəsi ev 12 mənzil 17-də yaşayan Babayeva Mətanət Cəbrayıl qızının müraciyətinə əsasən bələdiyyədə yaradılmış komissiya üzvləri adıçəkilən ünvana baxış kecirib. Baxış zamanı məlum olub ki, Mətanət Babayevanın 1-ci qrup əlil olan həyat yoldaşının hərəkət məhdudiyyətləri səbəbindən həyətyani sahəyə çıxması mümkün deyildir.
Sədr Nazim Qaraxanovun təklifiylə M.Babayevanın müraciəti bələdiyyə iclasında müzakirə edilərək əlil arabasının hərəkəti üçün pandusun quraşdırlıması və yol zolağının salınması işlərinə maliyyə vəsaitinin ayrılması qərara alınıb.
Bələdiyyədən daxil olan məlumata görə, yaxın günlərdə işlərin yekunlaşdırılacağı nəzərdə tutulub.
Bununla yanaşı Nəsimi bələdiyyəsinin ayırdığı maliyyə vəsaitiylə Babayeva Mətanət Cəbrayıl qızının yaşadığı binanın həyətində güclü qar yağıntısından sonra uçmuş söhbətkeşdə təmir edilərək artıq sakinlərin istifadəsinə verilib.
Belediyye.info
|
|
|
|