Nəsimi rayonunda ekoloji tarazlığın qorunması, əhalinin diqqətini yaşıllıqların qorunmasına yönəltmək və paytaxtın daha da gözəlləşməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində rayon ərazisində növbəti iməcilik keçirilib. Bu barədə məlumatı Nəsimi RiH yayıb.
iməcilik zamanı S.C.Pişəvari küçəsi boyunca müxtəlif növ 1000-dən artıq həmişəyaşıl ağaclar, M.Cəlal parkında 2000-dən artıq gül kolları əkilmiş, mövcud yaşıllıqlara qulluq göstərilmişdir.
Tədbirdə Nəsimi rayon icra Hakimiyyəti Başçısı Asif əsgərov və Aparatının kollektivi, idarə və müəssisələrin nümayəndələri iştirak ediblər.
Rayonda son illər ənənə halını almış həyata keçirilən yaşıllaşdırma işlərində sakinlər, idarə və təşkilatların nümayəndələri yüksək fəallıq nümayiş etdirirlər.
Belediyye.info
|
|
|
|