Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi Bələdiyyəsinin sədri Niyaz Niftiyev, bələdiyyə sədrinin müavini olmuş Mətanət Nəsibova və Bələdiyyə vergiləri və yerli gəlirlər şöbəsinin müdiri Sahib Abışovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
"Qafqazinfo" xəbər verir ki, proses hakim əli Məmmədovun sədrliyi ilə baş tutub.
iclasda çıxış edən dövlət ittihamçısı Niyaz Niftiyev və Sahib Abışov barəsində 2 il 6 ay müddətinə sınaq müddəti seçilməklə, Mətanət Nəsibova barəsində isə 2 il müddətinə sınaq müddəti seçilməklə şərti cəza verilməsini istəyib.
Niyaz Niftiyev son sözündə bələdiyyə sədri işləyərkən rüşvət almadığını və heç kəsə qanunsuz arayış vermədiyini bildirib. Müşavirəyə yollanan məhkəmə müşavirədən qayıtdıqdan sonra hökm elan edib.
Hökmə əsasən, Niyaz Niftiyev 2 il müddətə azadlıqdan məhrum edilib. Onun cəzası şərti hesab edilib və ona 2 il sınaq müddəti tətbiq edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslərdən yalnız N.Niftiyev həbsdə idi. Digər iki şəxs barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilmişdi.
https://qafqazinfo.az/news/detail/niyaz-niftiyev-mehkeme-zalindan-azadliga-buraxildi-333230