"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Niyazi Bayramov Ai, BMTiP, ATF, Təhsil Nazirliyi və Peşə Təhsili üzrə Dövlət Agetliyinin nümayəndələri ilə görüşüb

--2019-11-28 / 18:18

Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov “Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılmasına dəstək” layihəsi çəçivəsəndə Gəncəyə səfər edən Avropa Təlim Fondunun monitorinq qrupunun üzvləri ilə görüşüb. Monitorinq qurpuna BMTiP, ATF, Təhsil Nazirliyi və Peşə Təhsili üzrə Dövlət Agetliyinin nümayəndələri daxildir.

Görüşdə Niyazi Bayramova məlumat verilib ki, Birləşmiş Millətlər Təşkilatının inkişaf Proqramı tərəfindən icra edilən “Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılmasına dəstək” layihəsi Avropa ittifaqının maliyyə dəstəyi ilə həyata keçirilir. Avropa Təlim Fondunun monitorinq missiyasının əsas məqsədi qrant strukturu çərçivəsindəki tərəqqini nəzərdən keçirmək, potensial boşluqları müəyyən etmək, layihənin davamlı inkişafı üçün tövsiyyələr təqdim etməkdir.

Niyazi Bayramov qonaqları salamlayaraq, onları Gəncədə görməkdən məmnun olduğunu bildirib. Peşə təhsilinin gücləndirilməsinə töhfə verən bu layihənin müsbət qarşılandığını deyən şəhər rəhbəri həmçinin qeyd edib ki, layihə əmək bazarının tələblərinə uyğun mütəxəsislərin yetişdirilməsi baxımından da önəmlidir.

Məlumat üçün bildirək ki, ümumi dəyəri 3.4 milyon ABş dolları olan və Azərbaycanın iki bölgəsi – Gəncə və Cəlilabadda texniki peşə təhsil və ixtisaslaşdırılmış peşə biliyi bazasının artırılmasını nəzərdə tutan layihə 2020-ci ildək davam edək. 

Gəncə şiH

ŞƏRHLƏR